Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişellə görüşüb.
Bu barədə Şarl Mişel Tvitter hesabında yazıb.
“Biz Madriddə Prezident Ərdoğanla Türkiyənin BMT-nin baş katibi Antonio Quterreşin Ukraynadan taxıl ixracının bərpası səylərinə dəstəyini müzakirə etdik. Rusiyanın suveren dövlətə təcavüzü qəbuledilməzdir”, – Ş.Mişel qeyd edib.