Cəmiyyət Manşet

Pirverdiyevdən XƏBƏR VAR: Siyəzəndə qoyun otarır… – Belə deyirlər…

İndi bəhs edəcəyimiz keçmiş məmur Etibar Pirverdiyev haqqında qısa məlumat verək.

1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazma-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli, 830 nömrəli Sərəncamı ilə “Azərenerji” ASC-nin prezidenti təyin edilmişdir.
4 sentyabr 2018-ci ildə “Azərenerji” ASC prezidenti vəzifəsindən azad edilmişdir.
Fikir verdinizmi, bu adam 10 il Azərbaycanda olmayıb və 2000-ci ildə Azərbaycanda peyda olub.
Görəsən, bu adam niyə öz rəsmi tərcümeyi-halında bunu gizlədir..?
Sözün qısası, bu adamın keçmişi, hətta bu günü müəmmalıdır.
Mingəçevir SES-də baş verən faciədən sonra cənab Prezident haqlı olaraq bu adamı vəzifədən qovdu.
Amma bu adamın Şirvanın keçmiş, Zərdabın indiki icra başçısı Mərdan Camalovla elektrik avadanlıqlarının satışı ilə bağlı ortaq biznesi bu gün də davam edir.
Hələ bu harasıdır..?
Etibar Pirverdiyevin sabiq müdafiə naziri Səfər Əbiyevlə ortaq biznes şəbəkəsi Qubada, Qusarda, hətta Siyəzəndə geniş yayılıb.
Bir vaxtlar hətta Etibar Pirverdiyevin dəvə biznesi barədə maraqlı yazılar dərc olunurdu.
Məlumata görə, Etibar Pirverdiyevin heyvandarlıqdan tutmuş tikinti sektorunadək bir çox sahələrdə gəlir qaynaqlarının olduğu hamıya məlumdur.
Mətbuat dəfələrlə yazıb ki, təkcə 2004-2012-ci illərdə Azərbaycan dövləti üst-üstə 9 milyard 545,9 milyon dollar borclanıb, alınan xarici kreditlərdə ən böyük pay sahiblərindən biri isə məhz “Azərenerji” olub:
Yəni nə az, nə çox düz 2,3 milyard dollar! Bunun üzərinə dövlət investisiya layihələrini gəldikdə ortada külli miqdarda məbləğ yaranır.
Bax, Etibar Pirverdiyev məhz bu pulların hesabına özünə ölkədə və xaricdə biznes qurub.
Gündəlik-Bakı media qurumuna daxil olan məlumata görə, hazırda Siyəzən rayonunun Beşdam bələdiyyəsinin 1100 hektar ərazisində Etibar Pirverdiyevin qoyun sürüləri otlayır.
Məlumat üçün qeyd edək ki, Siyəzən rayonunun bu bələdiyyəsinə Beşdam, Dərəzarat, Nardaran və Siyəzən kəndləri daxildir.
Və bələdiyyənin sədri Quliyeva Rəna Sadir qızıdır.
Görəsən, bu qadını kim bələdiyyə sədri seçdirib və nə məqsədlə..?
Nə isə, mövzudan kənara çıxmayaq.
Daxil olan məlumata görə, Etibar Pirverdiyevin heyvandarlıq biznesini Paşayev Rabil Ədalət oğlu adlı şəxs idarə edir.
Bəli, Etibar Pirverdiyevin rayonda 1100 hektar örüş sahəsi var.
Rabil Paşayev heç bir sənədi olmadan rayon ərazisində olan torpaqları başqa-başqa adamlara icarəyə verir. Buna misal olaraq, 200 hektar ərazini Quba rayonundan olan fermer Qorxmaz Yadigarova və onun qudası Ənvərə icarəyə verdiyini göstərə bilərik.
Ümumiyyətlə, bu heyvandarlıq biznesi, yəni adı çəkilən təsərrüfatlar bir neçə yerdə qeydiyyatdan keçərək, dövlət tərəfindən ayrılan pulları mənimsəyirlər.
Ən dəhşətlisi odur ki, bir qoyunu 2 yerdə qeydiyyatdan keçirirərək manipulyasiya yolu ilə külli miqdarda pul qazanırlar.
Hətta qoyunlara və mal-qaraya baytarlıq xidməti üçün də dövlətdən kifayət qədər vəsait alırlar.
Siyəzən rayondakı baytarlıq şöbəsinin müdiri Seyfulla həkim güzəştli dərmanları mal-qaraya vurmur və onları öz baytarlıq aptekində sataraq, külli miqdarda pul qazanır.
Hansı ki, bu dərmanlar fermerlərə dövlət tərəfindən güzəştli verilir.
Seyfulla həkim isə “sarılığa” qarşı pulsuz vurulmalı iynənin birini 1 manata satır.
Bəli, Seyfulla 10 000-20 000 min baş qoyuna dövlətin verdiyi iynələri vurdurub, 10 minlərlə pul qazanır.
Hətta 10 000 qoyunun otlaması üçün Siyəzəndə 60 000 manata örüş yeri də satanlar da var,
1000 qoyunun otlaması üçün 6000 alanlarda.
Bu barədə növbəti araşdırmamız davam edir.
Amma sonda bir sual bizi düşündürür.
Görəsən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bu əməlləri görmür..?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir