2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olub.
Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, yüklərin 16330,4 min tonu və ya 65% avtomobil nəqliyyatı, 6265,2 min tonu və ya 24,9%-i dəmir yolu nəqliyyatı, 2546,0 min tonu və ya 10,1%-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 16,1%-ni və ya 4056,5 min tonunu tranzit yüklər təşkil edib.