Vətən müharibəsi qazisi Abbasov Xəyal Qarakişi oğlu çətin vəziyyətdə yaşadığını, dövlət qurumlarının onun problemləri ilə maraqlanmadığını bildirib.
Zirveyolu.info xəbər verir ki, Qazi bu barədə Yeniavaz.com-a danışıb. 44 günlük Vətən müharibəsinin iştirakçısı 7 il Daxili Qoşunların Xüsusi Təyinatlarında xidmətdə olduğunu deyib. O, 44 günlük Vətən müharibəsi vaxtı Murov dağı istiqamətində döyüşlərə qatılıb. Orada yaralanıb. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunarkən Prezident İlham Əliyevlə görüşən hərbçilərdən biridir. Xəstəxanada olarkən Xəyal öz ərizəsi ilə müalicədən imtina edib yenidən döyüşlərə qatılır. Cəbrayılda daha sonra Hadrutda döyüşlərin birində yenə yaralanan (kəllə-beyin travması) Xəyal Neftçala hospitalında müalicə aldıqdan sonra növbəti dəfə döyüşə qatılır. O, bədənində 17 qəlpə olaraq döyüşlərə girir. Bəzi qəlpələr sinirdə olduğundan onları çıxarmaq mümkün olmayıb. 3-cü dəfə Şuşa istiqamətində döyüşlərə qatılan Xəyalgilin avtomobilləri dağdan aşır və o, yenidən yaralanır, xəstəxanaya göndərilir. Bu şəkildə döyüş yolu keçən hərbiçimiz hazırda çətin vəziyyətdə yaşadığını deyir:
“Əlillik dərəcəsi ala bilmirəm ailə vəziyyətim ağırdır, iki körpə övladım ilə ata-ana himayəsində qalmışıq. Səhhətimdə problemlər var. 7 nəfər ailə ilə birlikdə çətin vəziyyətdə yaşayırıq”.
O həmçinin bildirir ki, Goranboy rayon İcra Hakimiyyətinə, rayon bələdiyyəsinə torpaq üçün müraciət etsələr də onların müraciətlərinə baxılmır. Hər gün 5-6 dərman qəbul etdiyini bildirir. Onun sözlərinə görə, özünəməşğulluq proqramına da yazmırlar. Heç bir yerdən gəlir yeri olmayan ailəsinin çətin vəziyyətdə qaldığını söyləyib.