Cəmiyyət Manşet

Müharibə daha bir ukraynalı idmançının həyatına son qoydu

 

РесурсFacebookTwitterOdnoklassnikiEmailVKWhatsAppTelegram
Ukraynada rəqs idmanı üzrə beynəlxalq yarışların dəfələrlə qalibi olmuş 20 yaşlı Darya Kurdel vəfat edib.

Bu barədə “UNİAN” məlumat yayıb.

Bildirilib ki, faciə iyulun 9-da səhər saatlarında Rusiya hərbçilərinin İnqulets mikrorayonunun atəşə tutulması zamanı baş verib. Həmin vaxt Darya və atası idman meydançasında məşq edirlərmiş.

Darya reanimasiya şöbəsində dünyasını dəyişib, atası isə həkim nəzarətindədir.

Qeyd edək ki, daha əvvəl Mariupolda 14 yaşlı ağır atlet Alina Perequdova və onun anası Rusiya hərbçilərinin açdığı atəş nəticəsində həlak olmuşdular.

Perequdova Ukrayna yığmasına namizədlər siyahısında olub və ötən il 17 yaşadək idmançılar arasında ağır atletika üzrə Ukrayna çempionatının qızıl medalını qazanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir