“Araz” marketlər şəbəkəsində daha bir qiymət manipulyasiyası… Hər halda bunun başqa adı yoxdur.
DİA.AZ xatırladır ki, bir neçə gün əvvəl sözügedən şəbəkənin “Endirim” adı altında əslində digər marketlərdən fərqlənməyən qiymət təklifi ilə bağlı fakt ictinmailəşdi və ardından “Araz” rəsmən üzr istəməli oldu. İndi də anoloji fakt müşahidə olunur ki, bu da əslində “Araz”da qiymətlərə nəzarət edən konkret qurumun olmamasından və yaxud da belə bir qurumun öz işinin öhdəsindən gələ bilməməsindən xəbər verməkdədir.
DİA.AZ bildirir ki, “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Mübariz Mirxəyev adlı istifadəçi “Araz rəhbərliyinə bir sualla müraciət edir:
“7-20 iyul tarixləri üçün endirimlərdə Yeni Zelandiya kərə yağının qiyməti mobil tətbiqdə 13,99 manat, brosyurlarda isə 14,49 manat göstərilib. Zəhmət olmasa, rəhbərlik buna aydınlıq gətirsin”.
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…