Cəmiyyət Manşet

“Sevgi” Uşaq evi və Qadın sığınacağı övladını atmış ananı işə alıb? – Baş prokurorluq tərəfindən fəaliyyəti dayandırılmışdı…

“Nur” uşaq sığınacağının rəhbəri Aynurə Xudiyeva AzTimes.az saytına müraciət edərək bildirir ki, 2 fevral 2022-ci il tarixdə Raidə Quliyeva sığınacağa gələrək tanışı Gülüstan Xudiyeva adlı qadının öz azyaşlı oğlunun onun yanında qoyaraq Türkiyəyə işləmək adı ilə gedərək orada ailə qurduğunu bildirib.

Qadın bildirib ki, onun maddi durumu və səhhəti imkan vermədiyi üçün uşağı sığınacağa yerləşdirmək istəyir. Bu zaman sığınacaq rəhbərliyi DİN Sabunçu RPİ-nə məlumat verərək və Raidə Quliyevadan ərizə götürərək uşağı sığınacağa alıblar.

Körpə digər sığınacaq “sakinləri” ilə orada 2 iyun 2022-ci il tarixinə kimi yaşayıb. A.Xudiyeva iddia edir ki, bu müddət ərzində G.Xudiyeva Instagram üzərindən onlarla əlaqəyə keçib övladına sahib çıxdıqları üçün öz minnətdarlığını bildirib.( KİV-ə açıqlamasında körpənin sığınacağa yerləşdirilməsindən xəbərsiz olduğunu bildirir)

“Sevgi” Uşaq evi və Qadın sığınacağı övladını atmış ananı işə alıb?

2 iyun 2022-ci ildə G.Xudiyeva Nur uşaq evinə gələrək kirayə ev tutduğunu, “Sevgi Uşaq evi və Qadın sığınacağında mühafizəçi kimi işə başladığını bildirərək övladını götürmək istədiyini bildirib.Sığınacaq ana ilə birgə uşağa baxış keçiriblər və ana video müraciət vasitəsi ilə sığınacaq kollektivinə və rəhbərliyinə o olmadığı müddətdə övladına baxdığı üçün dərin təşəkkür bildirərək sığınacağı tərk edib.
Bir neçə saat sonra balacanın fotosu “Sevgi Uşaq evi və Qadın sığınacağı”nın Instagram səhifəsində paylaşılır və Baş prokurorluğun başlatdığı araşdırmalardan sonra fəaliyyətinin müvəqqəti dayandırılması qərarı çıxarılmış sığınacağın kirayəsini toplanması üçün hesab nömrəsi paylaşılır.

“Sevgi” Uşaq evi və Qadın sığınacağı övladını atmış ananı işə alıb?
“Sevgi” Uşaq evi və Qadın sığınacağı övladını atmış ananı işə alıb?

Daha sonra sığınacaq rəhbəri sığınacağa yardım edən xeyriyyəçiyə yazaraq sığınacağa mühafizəçi kimi götürdüyü işçinin uşağınin müalicəsi üçün yardım istəyir.

“Sevgi” Uşaq evi və Qadın sığınacağı övladını atmış ananı işə alıb?
“Sevgi” Uşaq evi və Qadın sığınacağı övladını atmış ananı işə alıb?

G.Xudiyeva ilk öncə övladının “Nur” uşaq sığınacağında şiddətə məruz qaldığını , bu iddialar əsas tapmadıqda isə, qotur və vərəm tutması iddiası ilə bağlı sığınacaq rəhbərliyinə təhdidlərə başlayır. Körpə Bakı səhər 3 saylı Dəri Zöhrəvi Dispanserinə yerləşdirilir. Üç günlük müalicədən sonra xəstəxana rəhbərliyi valideynlə əlaqə saxlamağa çalışsa da , o körpənin arxasınca gəlmir. Məsələ ilə bağlı Gülüstan Xudiyeva AzTimes.az-a açıqlamasında bildirir ki, onun övladı qoturdur. Amma Nur uşaq evinin rəhbəri Aynurə … baş həkimə rüşvət verdiyi üçün nəticələr dəyişdirilib .
Bakı Baş Səhiyyə Mərkəzindən AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib:
Xəstə Xudiyev Mehdi Kərim oğlu 17.07.2018-ci il təvəllüdlüdür. 05.07.2022-ci il tarixində 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə daxil olmuşdur. Xəstəyə müayinədən sonra “qoturluq” diaqnozu qoyulmuşdur.
Nəzərinizə çatdırırıq ki, bu xəstəliyin müalicəsu 4-5 gün ərzində aparılır. Uşaq hal-hazırda sağlamdır. Artıq 10 günə yaxındır ki, tibb müəssisəsindədir. Valideyn gəlib uşağını təhvil almayıb. Valideynin rüşvətlə bağlı ittihamlarına cavab olaraq bildiririk ki, bu həqiqəti əks etdirmir. Vətəndaşın faktı varsa, aidiyyatı üzrə şikayət edə bilər, qanun qarşısında hər kəs bərabərdir.
G. Xudiyevanın şikayəti əsasında sığınacaq 12 və 21 saylı poliklinikaların ,eləcə də Gigiyena və epidemiologiya mərkəzinin yerli əməkdaşları tərəfindən təftiş edilmişdir. Qurumlardan TƏBİB-ə verilən məlumata görə sığınacaqda gigiyena qaydalarının pozulması halı və sözügedən xəstəlik aşkar edilməmişdir.
Körpənin sığınacağa yerləşdirildiyi zamana qədər olan proseslər isə insanda yetəri qədər çaşqınlıq yaradır. G. Xudiyeva öz ərizəsi ilə övladına baxmaq imkanı olmadığı üçün onu Raidə Quliyevanın vasitəçiliyi ilə Gülçöhrə Baba qızına övladlığa verməsi ilə bağlı intizam yazır.

“Sevgi” Uşaq evi və Qadın sığınacağı övladını atmış ananı işə alıb?

Daha sonra isə uşaq üzərində bütün haqları tanıyan etibarnamə Raidə Quliyevaya verilir.

Məqsədin nə olduğunu aidiyyatı qurumların ixtiyarına buraxırıq. //AzTimes.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir