“Green Park”da nələr baş verir ?- Farizin sahib olduğu “Green Park” restoranında bir yerin qiyməti 250 manatdır…
“Sahil” metrostansiyasının üstündə tikilən “Sahil İncisi” çoxmərtəbəli binanın şəriki Fariz kimdir..?
Fariz “Sahil İncisi” binasındakı 3-4 otaqlı mənzili 1 milyona satır…
Haqqında bəhs edəcəyimiz mövzuya giriş olaraq qeyd edək ki, metropoliten kimi strateji obyektlərin ətrafında mühafizə zolağı deyilən bir sahə olur.
Mühafizə zolağında irihəcmli obyektlərin tikiliməsi, quraşdırılması təhlükəsizlik cəhətdən yolverilməzdir. Söhbət hər gün milyondan artıq insanın istifadə etdiyi metropolitendən gedir.
Təəssüf ki, Bakı şəhərində bu qızıl qaydaya nəinki əməl edilmir, hətta bu qaydalar pozulur.
Bunu sübut etməyə xüsusi ehtiyac yoxdur.
Belə ki, Sahil metro stansiyasının üstündə tikilən “Sahil İncisi” çoxmərtəbəli yaşayış binasını hər gün hamımız görürük.
Yaxud “Xətai” metrostansiyasının mühafizə zolağında tikilən 23 mərtəbəli biznes binası…
Və ya Nəriman Nərimanov metrostansiyasının mühafizə zolağında inşa edilən binalar…
Bu siyahını uzatmaq da mümkündür.
Apardığımız araşdırma zamanı maraqlı rəqəmlə rastlaşdıq.
Belə ki, Sahil metro stansiyasının üstündə tikilən çoxmərtəbəli binadakı 3-4 otaqlı mənzillərin qiyməti 750-800 min, bəzən 1 MİLYON civarındadır.
Görəsən bu mənzilləri almağa hansı müəllimin, hansı həkimin, hansı mühəndisin imkanı çatar. Əlbəttə, bu binadakı mənzillərin sahiblərinin hamısı dövlət məmurlarıdır. Hətta araşdırma zamanı bu binada 5 mənzili ( yəni 5 milyonu …) olan məmurlara da rast gəldik.
İndi özünüz təsəvvür edin ki, Prezidentimiz demişkən, harınlamış məmur balkonda dayanıb dənizə baxacaq deyə, yüz minlərlə, milyonlarla metro sərnişinlərinin talehi sual altında qalmalıdır.
Görəsən, sabah iraq olsun hansısa fəlakətli hal baş versə, Metropolitenin keçmiş rəisi, hazırda İnşaat və Memarlıq Universitettinin kafedra müdiri olan Tağı Əhmədov və onun şərikləri olan Fariz və Natiq “troykası” bu məsuliyyətdən yaxalarını necə qurtaracaqlar ?
Yeri gəlmişkən, Fariz adlı biznesmenin əməlləri təkcə “Sahil İncisi” çoxmərtəbəli bina ilə yekunlaşmır.
Gündəlik-Bakıya daxil olan məlumata görə, Binə Ticarət Mərkəzinə çatmamış solda olan möhtəşəm “Green Park” restoranı da Farizə məxsusdur.
Təsəvvür edirsiniz, Fariz öz restoranına keçid üçün magistralın üstündən öz şəxsi pulu ilə körpü tikdirib.
Hələ bu harasıdır..?
Farizin dəyəri yüz minlər olan yaxtası da var.
Biz də “Onun arabası var…” mahnısına qulaq asırıq.
Bəli, imkanlı şəxslər öz övladlarına Farizin “Green Park” restoranında toy edirlər. Toyda bir nəfərin xərci isə 250 manatdır, yəni ölkəmizdəki minimal əmək haqqından az qala 2 dəfə çox.
Bəli, bu acı reallıqdır. Ki, yeni doğulan uşağa uşaq pulu verməyə imkan yoxdur, amma Fariz, Tağı, Natiq kimilər dəyəri milyonlarla ölçülən mənzillərdə yaşayır. Təkcə yaşamırlar ee, həm də cəmiyyətə və ölkəyə təhlükə yaradırlar. Yadınıza düşürsə Sahil metrosunun yaxınlığında bina yananda, jurnalistə burcutma deyən Tağı müəllim, “Sahil İncisi” kimi tanınan, Sahil metrosunun üzərində olan binadakı mənzilinin balkonundan yanğını seyr edirdi. Məhz o mənzildir ki, kirvələri həmin mənzili metronun üzərində olduğu üçün Tağı müəllimə pay veriblər. Bu haqda növbəti yazıda. gundelik-baku.com