Xəbər verdiyimiz kimi, ötən gün Fransanın Site adasında yerləşən Notr-Dam kilsəsi yanıb.
850 illik tarixi olan kilsənin yanmasından faydalanmaq istəyənlər də olub.
Belə ki, adı açıqlanmayan şəxs yanğını fürsət bilərək onlayn satış saytlarından biri olan “eBay”da pul qazanmaq istəyib.
O, kömür elanı yerləşdirərək “Notr-Damın kömürü” adı ilə 1 funt-sterlinq qiymət qoyub.
Bundan başqa, o, üzərinə “Jesus Notre-Dame” yazılan köynək və kilsənin maketini də satmaq istəyib.
Şirkətdən açıqlama verilərək elanların silindiyi bildirilib.
mənbə: milli.az