Cəmiyyət Manşet

Lənkəranda vətəndaşın başına oyun açırlar – GİLEY

Lənkəran rayonu, Girdəni kəndinin sakini, hazırda Rusiyada yaşayan Gahangirov Ədail Rəfail oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Bələdiyyə sədri tərəfindən aldadıldığını iddia edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“2012-ci ildə Bələdiyyəyə 7 min (7000) dollar verib torpaq sahəsi almışam. Pulu şəxsən Bələdiyyə sədri Mehtiyev Azad Rəcəb oğluna vermişəm.

2019-cu ildə sənədlərə baxmışam, bu zaman məlum olub ki, Bələdiyyə sədri mənə saxta sənədlər verib.

Həmin vaxt Bələdiyyədə çalışan, hazırda isə Bələdiyyə sədri olan Huseynov Mahir Firdovsi oğluna 2017-ci ildə anam da başqa bir torpaq sahəsi üçün 1500 manat verib, deyib ki, 1 həftədən sonra hər iki sənədi, kupçaları birlikdə gətirib verəcəm. Lakin 5 ildir torpağın sənədini ala bilmirəm.

2-3 aydan bir atam Gahangirov Rəfail Cəsail oğlu yanına gedir, hər dəfə deyir ki, ayın axırı gələr sənəd. Atam ona deyib ki, səni məhkəməyə verəcəm. Cavab verib ki, heç kimdən qorxmuram, arxam, adamlarım, hər yerdə əlim var…

Atam əvvəlki Bələdiyyə sədri Mehtiyev Azada zəng edib. O deyib ki, pulu mən tək yeməmişəm, Mahirlə yemişəm, o da gətirsin sənədləri versin.

Birinci torpaq qaynanamın, ikinci torpaq isə anamın adınadır. Atam, qaynanam torpaq şöbəsinə də gediblər. Onlara deyirlər ki, sizin işinizi Bələdiyyə həll etməlidir. Sonra da deyirlər ki, Bakıdan sənəd gəlməlidir…

2012-ci ildən sənəd yoxdur, gəlmir. Bunların dediklərinə görə, Bakı sənəd vermir.

Mahir deyir ki, pul ver, torpaq şöbəsinə verim, sənədləri alım. Amma artıq mənim bunlara nə güvənim, nə də əlavə verməyə pulum yoxdur”.

Hurriyyet.az

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir