Cəmiyyət Manşet

Əsabil Qasımov Gəncəbasarda SABOTAJ HAZIRLAYIR? – Un satışı məqsədli olaraq məhdudlaşdırılır

Ölkədə un istehsalçısı olan “Karmen” şirkəti bir həftədir ki, unun satışını dayandırıb.

Zirveyolu.info  xəbər verir ki, bu barədə Dünyanınsəsi.Az-a un satışı ilə məşğul olan Gəncəbasarlı sahibkarlar deyib.

Məlumata görə, unun topdan satışının dayandırılması yaxın günlərdə gözlənilən bahalaşma ilə bağlıdır.

Dünyanınsəsi.Az-ın əməkdaşı bu məlumatı dəqiqləşdirmək üçün un istehsalı ilə məşğul olan “Karmen” şirkəti ilə əlaqə qura bilməyib..

Amma unun topdan satışının qeyi-müəyyən müddətə dayandırıldığını əksər sahibkarlar tərəfindən də təsdiqlənib.

Xatırladaq ki, son aylar ərzində unun qiymətində xeyli artım olub.

Redaksiya olaraq “Karmen” şirkətinin də mövqeyini dərc edə bilərik.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir