Cəmiyyət Manşet

Daha bir «tender çempionu» tapıldı: – «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?

 

Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib.

Zirveyolu.info  FED.az-a istinadla xəbər verir ki, bu – «Xəzər İnşaat KO» MMC-dir (VÖEN: 1501130591).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərində 1 milyon 698 min 454 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 17 tenderlə əldə edib – bir tenderin orta qiyməti 99 min manatdır.

«Xəzər İnşaat KO» MMC-nin əsas «müştərisi» Zərdab Rayon Suvarma Sistemləri İdarəsi olub. Şirkət tenderdən 2-ni bu qurumdan qazanmaqla 437 min 467 manat əldə edib. Bu isə ümumi tenderlərin 26 faizi deməkdir.

Qeyd edək ki, şirkət əsasən bərpa-restavrasiya layihələrin xüsusi arxivin yaradılması, cari təmir üçün ehtiyyat hissələrin satın alınması işləri üzrə xidmət göstərir.
[center][medium]https://gundem.media/uploads/posts/2022-07/1659184482_1659164911_01.jpg[/medium]
[medium]https://gundem.media/uploads/posts/2022-07/1659184510_1659164929_02.jpg[/medium]
[medium]https://gundem.media/uploads/posts/2022-07/1659184470_1659164888_03.jpg[/medium][/center]

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir