Cəmiyyət Manşet

`MURAD` otel işlədən RƏHİMOV DA GEDİR… – MURADINA ÇATACAQ NƏHAYƏTDƏ…

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun vəzifəsi ilə vidalaşacağı xəbəri indilərdə redaksiyamıza daxil olub.

Zirveyolu.info bildirir ki, bu barədə gundelik-baku.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, xidmətdə aparılan son yoxlamaların nəticəsi olaraq, Arzu Rəhimovun fəaliyyətində arzuolunmaz hallar və vəzifə səhlənkarlığı aşkarlanıb. Rayon şöbələrində müharibə vaxtı çoxlu ordudan yayınma hallarına yol verilib. Səbail, Nərimanov, Binəqədi, Gədəbəy, Zəngilan, Nəsimi, Xətai rayonlarında ciddi nöqsanların aşkarlandığı söylənilir.

Hətta, Arzu Rəhimov yaşadığı binada qonşu olduğu şəxsləri rayonlara hərbi komissar vəzifəsinə təyin edib.

Xatırladaq ki, mətbuatda Arzu Rəhimov Ramiz Mehdiyevin bağ qonşusu, Ramiz Mehdiyevin kadrı kimi, Qaradağda yerləşən və oğlu Muradın adını daşıyan “Murad” otellə məşhurlaşıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir