Ukrayna Müdafiə Nazirliyi turistlərə çağırış edib.
Ukrayna Müdafiə Nazirliyi Krımda baş verən partlayışdan sonra paylaşılan videoda “Bu yay tətil üçün başqa seçimləriniz var idi, ancaq Krımı seçdiniz. Böyük səhv”, – deyə o bildirib.
Nazirlikdən o da bildirilib ki, Antalya çimərlikləri təklif etdiyi tətil variantları arasında idi. Ukrayna Müdafiə Nazirliyinin istehzalı dildə yazdığı və Bananaramanın “Cruel Summer” mahnısına üstünlük verdiyi yazıda aşağıdakı ifadələr yer alıb:
“Xoşagəlməz isti yay tətili istəmirlərsə Ukrayna Krıma baş çəkməməyi məsləhət görürük. Çünki heç bir günəş kremi onları icazəsiz ərazilərin zərərli təsirindən qoruya bilməz”.