Cəmiyyət Manşet

Sumqayıt gömrüyündə KİMLƏRİN `KƏLLƏSİ GEDƏCƏK`… – İDDİA

 

Dövlət Gömrük Komitəsində aparılan həbslər bu qurumun tabeliyində olan İdarələrdə ciddi yoxlamaların aparılmasını labüd edib.

Zirveyolu.info  bildirir ki, Bizimxeber.az -a daxil olan məlumata görə, DGK sədri Səfər Mehdiyevin hələ də azadlıqda qalması onun yaxın adamlarının vəziyyətini çətinləşdirib. Uzun illər Mehdiyevin tapşırığını həyata keçirənlər indi çıxılmaz vəziyyətdə qalıblar.

Redaksiyaya daxil olan məlumata görə, Sumqayıt Baş Gömrük İdarəsinin hazırkı rəisi Coşqun Əhmədzadə öz istəyi ilə vəzifədən uzaqlaşmaq niyyətindədir. Bütün tapşırıqları Səfər Mehdiyevdən aldığını dolayısı ilə DGK-nın yeni rəhbərliyinə çatdıran Əhmədzadə bu yolla həbsdən qurtulmağa çalışır.

Qeyd edək ki, gömrükdə ən böyük korrupsiya yuvası Sumqayıt Baş Gömrük İdarəsində fəaliyyət göstərib. Ölkəyə gələn avtomobil ehtiyyat hissələri, ağır yüklər əsasən bu idarədə “rəsmiləşdirilib”.

Bu arada qeyd edək ki, Sumqayıt gömrüyünün “kral”ı kimi tanınan Yusif Eyvazovun isə həbs olunacağı gözlənilir.

Yusif Eyvazov uzun illər Sumqayıt Baş Gömrük İdarəsində çalışıb. Daha sonra yaranmış ciddi problemlər səbəbindən müvəqqəti olaraq Biləsuvar Gömrük Postuna göndərliib. Bir neçə ay bundan əvvəl isə yenidən DGK Əməliyyat-İstintaq Baş İdarəsinin huquq şöbəsinə yüksək vəzifəyə gətirilib. Çünki, Yusifsiz nə Məsum Rəsulovun işi getməzmiş, nə də Fikrət Ələsgərlinin…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir