Nə Bakı, nə də Yerevan Qarabağ üzrə son razılaşmaların kağız üzərində qalmasını istəyir.
Bu sözləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilmiş mətbuat konfransında səsləndirib.
“Biz buna kömək edəcəyik”, – deyə Qarabağla bağlı vəziyyəti şərh edən rusiyalı diplomat bildirib.
Xatırladaq ki, aprelin 15-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiya XİN başçısının və Minsk qrupu həmsədrlərinin iştirakı ilə Moskvada görüşü keçirilib.