Cəmiyyət Manşet

Bu klinikalar kartla ödənişi qəbul etmir – SİYAHI

 

“Buta” və “Ege” hospitalları pasiyentlərdən kartla ödəniş qəbul etmir. Klinikalara üz tutan hər kəsdən ödənişləri nağd şəkildə həyata keçirmələri tələb olunur.

Zirveyolu.info xəbər verir ki, bu barədə Axar.az-a daxil olan şikayətdə bildirilib.

Şikayətçi qeyd edib ki, hər iki klinikaya müraciət etsə də, əməliyyat üçün ondan kartla ödəniş qəbul edilməyib.

Məsələ ilə bağlı “Ege” hospitalından saytımıza kartla ödənişin hər zaman mümkün olduğunu bildirdilər.

“Buta” klinikasından isə qeyd edildi ki, yalnız saat 17:30-a qədər kartla ödəniş qəbul edilir:

“Axşam saatlarında yalnız nağd ödəniş qəbul olunur. Onsuz da müayinə üçün həkim axşam saatlarında işləmir. Ona görə də həkimlər getdikdən sonra digər xidmətlər üçün ödənişi nağd qəbul edirik”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir