Cəmiyyət Manşet

Notlara inci düzən İnci – Foto

İllər əvəl Ümummilli lider Heydər Əliyev uşaqlar haqda danışanda  deyirdi: “Uşaqlar bizim gələcəyimizdir”. Doğrudan da belədir. Bir ailə savadlı və cəmiyyətə yararlı övlad yetişdirirsə, demək o evdə işıqlı bir gələcək var.

 

Haqqında danışacağımız istedadlı fidanlarımızdan biri də Həsənli İnci İlyas qızıdır. O,  2009-cu ildə Bakı şəhərində anadan olub. 2017-ci ildə Süleyman Ələsgərov adına 1nömrəli Uşaq İncəsənət məktəbinin fortepiano sinfinə daxil  olub. İstedadlı İncinin uğurlarında müəlliməsi  Səfərova Zoyanın da  rolu danılmzdır. Yaşının az olmasına baxmayaraq, vətənimizi bir çox xarici ölkələrdə layiqincə təmsil edib.

Fortepianoda ifa etməyi həm hobbisinə, həm də peşəsinə çevirən istedadlı İnci bir çox müsabiqələrdə iştirak edib. İştirak etdiyi canlı keçirilən müsabiqələrdə uğurlu nəticələr əldə edib. “İslam dünyası gənc klassik musiqi ifaçılarının VIII müsabiqəsi”də (Bakı- 2019) 3-cü yerə, “Caspian Etude”( Bakı. 2019) 3-cü yerə, “World Harmony”(Bakı 12.02.2020 – 24.02.2020) 3-cü yerə layiq görülüb. Görkəmli bəstəkar Fikərt Əmirovun anadan olmasının 100 illik yubileyində  “Gənc istedadlar”ın ifaçılıq müsabiqəsində  uğurlu çıxışına görə Gran-Prix mükafatı laureatı olub. “Santa Cecilia XXIV International  Piano Competiton”(13.06- 15.06. 2022 Portuqaliya) müsabiqəsində1-ci yerə layiq  görülüb. Onun onlayn keçirilən müsabiqələrdə də uğurları az deyil.

“Firstalonia World Art Games” (07.12.2020. İspanya) 1-ci yerə, “Fiestalonia Music Box” (17.01.2021 Böyük Britaniya) 1-ci yerə, Adilia Alieva 16 th “International Music Competition” (18 – 30.06. 2021. Fransa) 1-ci yerə,  “The 6 th “Florida Keys” İnternational Music Competition” böyük Azərbaycan bəstəkarı Cövdət Hacıyevin şərəfinə  keçirilmiş  festivalda (12.07.2021 ABŞ) 2-ci yerə,  “Holy Land. Bethelehem Star International Festival- Contest of Creativity”  (15.12.21-21.01.22. İsrail) müsabiqəsində Grand Prix-ə layiq görülüb.

Bu uğurlarla kifayətlənməyən gənc pianist “Gənclərə dəstək layihəsi”ndə  də iştirak edir. Azərbaycan Dövlət Akademik Filarmoniyasında  Dövlət Xalq Çalğı Alətləri Orkestri  və onun bədii rəhbəri, baş drijoru Ağaverdi Paşayevin rəhbərliyi  ilə F.Əmirov- Elmira Nəzirovanın bəstələdiyi Ərəb mövzusunda  konsertin I hissəsini  ifa edib.

I Beynəlxalq Bakı Piano Festivalında  Q.Qarayev adına Dövlət Kamera Orkestrı ilə F. Bədəlbəylinin  “Dəniz” əsərini ifa edib. Həmiçinin bu layihədə  bir çox solo ifaları ilə çıxış edib. Azərbaycan musiqi sənətində yaşından böyük uğurlar əldə edən istedadlı  İnciyə  yaradıcılıq uğurları arzulayırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir