Cəmiyyət Manşet

Qalmaqallı Qədimalıyevlə bağlı `YUXARILARA` MÜRACİƏT – “Bunları Gəncə və Gəncəbasar ictimaiyyəti yaxşı bilir…”

Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Yazıb sizə bildirirəm ki, mən 18.08.2022-ci ildə “Turan eli TV” də Gəncə və Gəncəbasar təhsil sistemində bir sıra qanunsuzluqlar və düşünülmüş formada törədilmiş cinayət məsələləri barədə geniş çıxış etmişəm. Çıxışımda qeyd etmişəm ki, göstərdiyim bütün cinayət əməllərinə Gəncə -Daşkəsən Regional Təhsil şöbəsinin müdiri Anar Qədiməliyev bilərəkdən törədilən cinayət əməllərinə göz yumur, əksinə həmin cinayətlərin gizlədilməsinə şərait yaradır. Məsələn, 1-ci Gəncə şəhəri 13 №-li tam orta məktəbdə 2021-2022 ci il tədris ilində, məktəbin müəllimi Zeynalova Rəfiqə Bakı şəhərində ola-ola onun adına dərs yazılmış və mənimsənilmişdir. Hətta müəllim oktyabr ayında bülletində olmuş amma sinif jurnallarını özü yazmışdır. Anar Qədiməliyev müəllimin 65 yaşı olması ilə əlaqədar, ona yaxın adam olduğu üçün onunla dərs ilinin sonuna kimi müqavilə bağlanmışdır. Mən həmin məsələni aşkar etdikdən sonra dərhal müqaviləyə xitam vermişdir. Bu cinayəti Sabiq Regional Maliyyə İdarəsi doğru düzgünlüyünü müəyyənləşdirib aktlaşdırmışdır. 2-cisi keçən dərs ilində 30 №-li orta məktəbdə məktəbin rus bölməsində 30 saat dərs deyən riyaziyyat müəllimi Solmaz müəllim bülletendə olarkən direktor müavini Tufan Allahverdiyevanın əli ilə dərsləri saxtakarlıqla, məktəbin azərbaycan bölməsində fizika laborantı işləyən, rus dilini qətiyyən bilməyən Esmira adlı qadının üstünə yazılmış və pulu mənimsənilmişdir. Bu barədə də sabiq maliyyə idarəsi məsələdən agah olub deyilənə görə, mənimsənilən pulu yavaş-yavaş geri tutmuşdur. Yenə də Anar Qədiməliyev heç kimi cəzalandırmamışdır. Eyni qayda da 2021-2022-ci ilin dərs ilinin ortasında 6-cı sinifin guya bağlanılması adı altında, direktorun göstərişi və təkidi ilə Anar Qədiməliyevin adına məktəbin direktor müavini Leyla Nəbiyevanın əli ilə həmin sinifdə dərs deyən müəllimlərdən 500 manat qeyri-qanuni pul yığılmışdır. Bundan əlavə Solmaz müəllim öz ərizəsinə əsasən işdən çıxıb getməsinə görə onun rus bölməsində dediyi 14 saat dərs vakant verilməmiş yenə təkrarən azərbaycan bölməsinin müəllimi, rus dilində bilməyən Könül Vəliyevaya verilmişdir. Əlavə olaraq rus bölməsində fizika dərsləri də gizlədilərək 14 saat dərs azərbaycan bölməsinin müəllimi Günay müəlliməyə verilmişdir. Deyilənlərə görə Könül Vəliyevadan 400 manat və Günay müəllimədən naməlum miqdarda pul alınmışdır. 3-cü Samux Rayon Təhsil İdarəsində süpürgəçi işləyən İsmayilova Məsmə Arzuman qızı Fransada yaşadiği halda, neçə aylar onun adına pul yazılıb mənimsənilmişdir.Yenə də mətbuat aləmi bu işi bilən kimi Anar Qədiməliyev həmin adamın işdən çıxarılmasına göstəriş vermişdir. Təhsil İdarəsinin müdiri Nurlana Həsənovaya cəza vermək əvəzinə ,onu yenidən Samux Rayon Təhsil Sektoruna müdir təyin etdirmişdir. Bütün bunlara baxmayaraq Anar Qədiməliyev Gəncə şəhərində iki peşəkar məktəb direktoru , onlardan 1 N-li tam orta məktəbin direktoru Mətanət Qarayevanı və 44 N-li məktəbin direktoru Knyaz Suleymanovu şantaj edərək vəzifə səlahiyyətlərini aşıb onları özlərini öldürmək dərəcəsinə çatdırmışdır. Çünki bu adama belə təmiz direktorlar,dövlətə və dövlətçiliyə ,Prezidentə sədaqətli adamlar əl vermir. Çünki bu adam SOROS-a xidmət edir.Pedaqoji işçi olmadığına görə ,təhsilə kənd təsərrüfati prizmasından baxir.Artiq bu özbaşınalıqları bütün Gəncə və Gəncəbasar ictimaiyyəti bilir. Ona görə ki, son cinayətləri olan Mətanət Qarayeva ilə bağlı ağlasığmaz cinayətləri Göy-göl Rayon Prokurorluğunda Knyaz Süleymanov barədə isə qeyri qanuni qərəzli hərəkətləri və cinayətləri barədə Gəncə şəhər Prokurorluğu araşdırma aparır. Doğrudur bu adam Təhsil Naziri Emin Əmrullayevə güvənib öz çirkin əməllərindən əl çəkmir. Özü də gör nə qədər arxayınlaşıb ki, hər yerdə deyir ki, mən heç kimdən qorxmuram. Hətta Baş Prokurordan da qorxmuram. Çünki, nazir mənim dostumdur və arxamda da durur. Həqiqətən də Emin Əmrullayev Anar Qədiməliyevin bütün cinayətlərinə göz yumur və əksinə onu durmadan müdafiə edir.
Hörmətli Kamran müəllim, yuxarıda göstərdiklərimi nəzərə alaraq, bir müəllimin kimi sizdən xahiş edirəm ki, bu məsələlərin ədalətin prinsipi əsasında yoxlatdırıb Anar Qədiməliyev haqqında ədalətli bir qərar çıxarılmasına Gəncə, Göy-göl və Samux Rayon Prokurorluğuna vacib və lazımi göstərişinizi verəsiniz”.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir