Cəmiyyət Manşet

İsmayıllı məhkəməsinin icra məmuru vətəndaşa PROBLEM YARADIR… – ÖZBAŞINALIQ!

Xatırladaq ki, ötən il Ədliyyə naziri Fikrət Məmmədovun əmrinə əsasən, İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Taleh Quliyev vəzifəsindən azad edilərək, Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsinə təyin olundu. Hələ o zaman bu təyinat böyük səs-küyə səbəb olmuşdu. Çünki T.Quliyevin qanunsuz əməllərindən bezən İsmayıllı şəhəri H.Zərdabi küçəsi ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlu və onu kimi çoxsaylı vətəndaşlar KİV vasitəsiylə Azərbaycan Respublikasının Prezidentindən və digər əlaqədar qurumlardan kömək istəyirdilər. Bu gün də İsmayıllıda onun öz yerinə müvəqqəti təyin etdirdiyi rəis də özbaşınalıq etməkdədir.
Redaksiyamıza müraciət edən Bakı şəhəri, Çobanzadə küçəsi ev 76, mənzil 3-də yaşayan Şirin Zülfiyyə Seyid qızı da İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rahib adlı şəxsdən şikayətçidir. Vətəndaş iddia edir ki, onun heç kəsə və hər hansı bir dövlət orqanına borcu olmasa da, ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Rahib ondan 1200 manat rüşvət alsa da, bu günə kimi də onun borclu olmaması barədə məktub vermək istəmir. 10 gündür vətəndaşı bürokratik əngəllərlə get-gələ salan icra məmuru vətəndaşı dövlətdən narazı salır.
Bizim vasitəmizlə əlaqədar orqanlardan köməklik istəyən Zülfiyyə Şirin günahkarların cəzalandırılmasını və onun pozulmuş hüquqlarının bərpa olunmasını istəyir. Ümidvarıq ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi İlqar Cəfərov vaxtında lazımi tədbir görəcək və vətəndaşın süni maneələrlə get-gələ salınmasının qarşısını alacaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir