Cəmiyyət Manşet

Şahin Bağırov işçilərə kütləvi töhmət verdi – DETALLAR

Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən Şahin Bağırov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçilərinə kütləvi töhmət verib.

Zirveyolu.info  xəbər verir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Bağırovun əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqova isə şiddətli töhmət verilib.

Məlumatda, həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində daxili yoxlama getdiyi deyilir.

Bakupost.az -a daxil olan məlumata görə, kütləvi töhmətə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun bu gün özünün “Facebook” səhifəsində etdiyi paylaşım səbəb olub.

Belə ki, Ş.Xuduoğlu xarici nəşriyyatlardan pulsuz göndərilən kitab və katoloqlara görə gömrükdə pul tutulmasına etiraz edib:

“Bəzən xarici nəşriyyatlar kitablarından bir neçə pulsuz nüsxə göndərirlər ki, tərcümədə istifadə edək.

“BIOGRAPHY of Fly”, “Milçəyin bioqrafiyası” kitabından 3 nüsxə və kataloq göndərilib. Dünən Aeroport gömrüyü 139 manat bu kitablara görə pul tutub.

Səfər Mehdiyev korrupsioner idi, mafiya yaratmışdı, yerində deyildi, və sair və ilaxır. Bəs indi nə baş verir? Niyə 3 ədəd pulsuz gələn kitaba görə biz 139 manat pul ödəməliyik?

Həbsdə yatan adamlara da pulla kitab göndəririk, amma insafən bu qədər eləmir. Bu ölkə həbsxanadan daha betərmi? Sistemi düzəldin, sistemi! Günah Səfərlərdə deyil, günah Səfərləri günaha batıran sistemdədir!

Biz deyirik, düzəlir, düzələcək. Birdən elə bir şapalaq vururlar ki, görürsən yox, düzəlmir, istəmirlər. Səmimi deyillər!!!”, – deyə Ş.Xuduoğlu qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir