Bakı gömrüyü Səfər Mehdiyevin QARA KASSASINA TAPŞIRILDI – Şahin Bağırov da KÖHNƏ İZLƏ irəliləyir…
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin əvəzləyicisi Şahin Bağırov yeni kadr islahatına imza atıb.
DİA.AZ-ın əldə etdiyi məlumata görə, Şahin Bağılrovun əmri ilə İsmayıl Xəlil oğlu Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, İ.X.Hüseynov buna qədər DGK sədrinin birinic müavini postunu tuturdu.
DİA.AZ bildirir ki, KİV-də yer alan informasiyalarda İsmayıl Hüseynov keçmiş sədr Səfər Mehdiyevin “qara kassası” hesab olunur. Burada maraqlı olanı isə İ. Hüseynovun Şahin Bağırov tərəfindən təkrar etimada layiq görülməsidir. Hər halda, adı kifayət qədər ləkələnmiş bir fiqura belə bir etimadın göstərilməsi Şahin Bağırova olan siyasi inamı da kifayət qədər zədələyə bilər.