Rəhbərlik qara fəhlə ilə bir gəmidə getməyiyi özünə sığışdırmır? – Dənizdəki neftçilər Şikayət edir
Salam. 1887 saylı DSÖdə 01.09.2022 tarixdə vaxta dəyişməsi planlaşdırılıb. Bütün buruq heyyəti vaxtanı dəyişmək üçün MPK gəmisinə təxminən saat 10:00 minib. Buruqdan çıxan MPK gəmisi neft daşlarında bütün heyyəti təxminən saat 11:00 estakadada düşürüb. Həyyət evə getmək üçün Qara Qarayev adına olan gəmini saat 15:00 qədər parkda gözləyib. Buruq heyyəti gəmiyə gederkən qazma trestinin rəhbərliyi bildirdi ki, biz GGİ idarəsinin heyyəti 11 nəfər Qara Qarayev gəmisinin növbəti reysi ilə yola salınacağıq. Gəmi Neft Daşlarından saat 16:00 da çıxış edib Zığ terminalına getdi, növbəti reys bu minvalla təxminən saat 23:00 təsadüf edecək. Və biz 02.09.2022 tarixdə saat 02:00 da Zığ terminalına çatacağıq.
Teref.az yazır ki, bunu bir qrup narazı neftçi öz şikayət məktublarında yazıblar. Daha sonra şikayətçilər yazırlar:
Məlumat üçün bildirmək istəyirik ki, heyyət üzvləri arasında gecə növbəsində işləyib vaxtanı tərk eden əməkdaşlar var, onlar sutka yarım istirahət etməmiş olurlar, gəmini gözləmək üçün bu istidə hər hansı bir yerdə ayaq üstü dayanıb gözləməlidir. Halbuki gəmi 120 nəfər sərnişin daşıya bilir, buruq heyyəti isə heç 60 nəfər deyil. Bu yanaşma GGİ idarəsinin işçilərinə ilk dəfə olmadığına görə üzümüzü sizlərə tutub müraciət edirik, her daim buruqlarda, platformalarda qazma heyyəti ilə bərabər çiyin-çiyinə çalışmışıq, amma vaxta dəyişməsi zamanı insani dəyərlər baxımından hər birimiz mənəvi sarsıntı keçiririk. Xahiş edirik bu məsələ bağlı bizə köməklik göstəsiniz. Əvvəlcədən təşəkkür edirik.
ARƏM maddə 310 İşəgötürənlər və digər vəzifəli şəxslər: işçilərin Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlarını pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa görə:Maddi, intizam, inzibati, və cinayət məsuliyyəti daşıyırlar.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az