Cəmiyyət Manşet

Əmrullayev o dünyaya RAHAT GEDƏ BİLƏCƏKMİ? – Replika

 

Cənab Təhsil Naziri Emin bəy!

Çox uzun kitab açmaq niyyətim
yoxdur. Zatən dəyirman çarx məsələsi olacaq .Amma heç olmasa ,bunu yazmaqla ən azından mən vicdanım qarşısında borcumu yerinə yetirmiş oluram.
Söhbət rus bölməsi üzrə birinci sinif müsabiqəsindən keçmiş körpələrdən gedir. Əgər həmin uşaqlar arzu etdikləri rus bölmələrində təhsil ala bilməyəcəklərsə, nə üçün onları Nazirlik səviyyəsində müsabiqədən keçirtdiniz? Axı onların hər biri,necə həvəslə hazırlaşmış və ümüdli idi. Bütün olanlardan sonra. bu uşaqların pisxaloji trama almayacağına kim zamanət verə bilər? Bu doğrudurmu?
Mən Sumqayıtda ailə tanıyıram ki, iki uşaqı (11 nömrəli ümum təhsil orta məktəbdə)rus bölməsində təhsil alır, üçüncü uşağı da müsabiqədən keçib,lakin yer yoxdur. Ata hərbiçidir.
Bu təhsil adına utancdan başqa heçnə verməz. Bir az düşünün Tez tez hər şeyin mexanizimindən danışırsınız. Nə qədər gec deyil,buna da bir çarə tapın.
Deyirlər, namaz qılan,oruc tutan,imanlı insansınız.Ölümli-itimli dünyadı yoxsa, Vallah Billah uşaqlar haqqların sizə halal etməz!!!

Nicat Mahmudov
Rubrika.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir