“Bu il bağçalara qəbul elektron qaydada həyata keçirilirdi, amma uşaqların ümumi yerləşdirilməsi zamanı bəzi neqativ hallara da rast gəlindi. Bəzi bağçalara sorğu göndərildiyi halda valideynlərə boş yerin olmaması bildirildi. Bundan əlavə olaraq, müəyyən ərazilərə isə demək olar ki, bağçalar üzrə boş yer çıxarılmadı”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert bildirib ki, bu problemlər səbəbindən bir çox azyaşlı uşaqlar prosesdən kənar qaldılar:
[center][thumb]http://millitv.az/uploads/posts/2022-09/1662663713_1662663529_11.jpg[/thumb][/center]
“Hesab edirəm ki, bu istiqamətdə problemlərin yaranmaması üçün bağçaların sayı bir qədər artırıla bilər. Eyni zamanda, elektron qaydada qəbul həyata keçiririksə, prosesə daha şəffaf nəzarət etmək lazımdır. İlk növbədə konkret müvafiq vakant yerlər çıxarılmalıdır. Çünki bilirik ki, hər il 100 min nəfərdən çox birinci sinifə gedən uşaqlar var. Bağçalarda təhsil alanlar da qarşıdakı illərdə məktəb yaşlarına çatırlar və onların da yeri boş qalır. Təəssüflər olsun ki, o boş qalan yerlərə də əvvəlki qaydada, yəni necə ki, icra hakimiyyətlərinə tabe olduqları dövrdə bağça müdirləri və orada çalışanlar öz qohumlarını, tanışlarını rüşvət və korrupsiya əsasında qeydiyyata aldılar. Nəticədə həmin yerləri Elm və Təhsil Nazirliyi vakant yer kimi çıxarda bilmir”.
“Düşünürəm ki, biz bu istiqamətdə iş aparırıqsa, o zaman konkret hər bir bağça müdiri yenidən təyin olunmalı və onun hər il boş yerlər çıxarılması ilə bağlı nazirliyə hesabatlılılğı olmalıdır. O boş yerlər əsasında da daha şəffaf qaydada qəbul aparılmalıdır. Bundan əlavə qeyd edim ki, bağçaya yerləşmə ilə bağlanan yaranan digər problem isə ondan ibarətdir ki, vətəndaş yaşadığı ərazini deyil, daha uzaq yeri seçir ki, bunun özü də yolverilməz haldır. Belə olduğu halda uşaq kənarda qalır. Çünki konkret yaşadığı ərazilər üzrə qeydiyyatdan keçdikləri zaman əlbəttə uşaqların yerləşdirilməsi daha müsbət nəticələnə bilər”, – deyə ekspert sonda qeyd edib.