Cəmiyyət Manşet

ATU-nun müqavilə imzaladığı şirkətlə bağlı müəmma – Şübhəli tenderlər

Teref.az yazır ki, Azərbaycan Tibb Universiteti (ATU) “Arash Medical Company” QSC ilə satınalma müqaviləsi imzalayıb.

Maliyyə dəyəri 33 184.58 AZN təşkil edən müqavilədə ATU-nun Onkoloji Klinikası üçün reaktivlərin satın alınması nəzərdə tutulur.

“Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Arash Medical Company” QSC-nin 2011-ci ildə qeydiyyata alındığı göstərilsə də, mediada dərc edilən informasiyalarda şirkətin 1994-cü ildən fəaliyyət göstərdiyi qeyd edilir. QSC-nin veb-səhifəsində isə şirkətin 25 ildir ki, fəaliyyət göstərdiyi bildirilir. Belə anlaşılır ki, “Arash Medical Company” QSC uzun müddət vergidə qeydiyyatda olmayıb. Başqa bir ehtimal isə ondan ibarətdir ki, şirkət 2011-ci ildə təşkilati-hüquqi formasını dəyişib.

Araşdırmalardan məlum olur ki, “Arash Medical Company” QSC daha çox Səhiyyə Nazirliyinin tenderlərinin qalibi olur. Bu barədə mediada gedən materiallarda QSC ilə nazirliyin işbirliyi barəsində şübhəli məqamların olduğu bildirilir.

Şirkətin rəsmi saytında bildirilir ki, “Arash Medical Company” fəaliyyət miqyasına görə Azərbaycanın ən qabaqcıl şirkətlərindən biri olaraq, tibbi avanlıqlar üzrə dünyanın 40-a yaxın aparıcı istehsalçıları ilə sıx əməkdaşlıq edir. Şirkət ABŞ-ın “Alcon”, “Armstrong Medical”, “Hill-Rom”; Almaniyanın “Hettich”, “Carl Storz”, “Lesiegang”, “Metrax”, “Riester”, “Trilux”, “Weinmann”; C. Koreyanın “Medison”, “Bionet”, İtaliyanın “Cardioline”, “FL Medical”, “Fazzini”, “Rimsa”; İsveçrənin “Belimed”; Türkiyənin “Hitas”, “Nüve”, “Varitex”; Yaponiyanın “Toshiba”, “Olympus”, “Fuji” və s. istehsalçılarını Azərbaycanda birbaşa təmsilçisidir.

Aydın olur ki, “Arash Medical Company” Azərbaycanın səhiyyə ocaqları ilə sıx əməkdaşlıq şəraitindədir, bir neçə xəstəxana və klnikalarını hər növ tibbi avadanlıqlar və ləvazimatlarla təchizatçısıdır.

Məlumatlara görə, şirkətin sahibi Kamran Məmmədov deyil. İddia edilir ki, QSC əslində Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədova məxsusdur. Məlumat bu günə qədər təkzib olunmayıb.aztoiday.az/

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir