Kriminal

Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA – YENİLƏNİB

Bakı – Quba yolunda baş vermis qəza ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan bir nəfər ölüb, iki nəfər Kliniki Tibbi Mərkəzə göndərilib.
Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.
19:55
Bakı – Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada Şabran sakini 1957-ci il təvəllüdlü A.Ələkbərov ölüb.
İki nəfər orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərilir.
19:44
Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-a bildirilib ki, üzü Şabran istiqamətinə 10-0F-572 nömrəli “Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “Chevrolete” markalı avtomobillə ötmə əməliyyatı apararkən toqquşub:
“Hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək maşını aşırıb.
Qəza zamanı bir nəfər həlak olub, 10-a yaxın sərnişin yüngül bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilir”.
19:34
Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, mikroavtobus aşıb, ölən və yaralananlar var.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir