“”Büllur” xalça yumanın qiymətlərinə mən aldandım, siz aldanmayın…” DİA.AZ bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında İnci adlı istifadəçi digər müştəriləri xəbərdar edərək, uyarır.
Daha sonra narazı vətəndaş yazır: “Necə aparıblarsa elə də gətiriblər. Heç xalçanın üzünə su da vurmayıblar. Şikayətimi özlərinə yazdım, şəkilləri sübut kimi atdım, oxuyub blok etdilər anında…
Ucuzluğuna aldanmayın, xidmet sıfır…”
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…