Səfərbərlik çərçivəsində çağırılan ruslar döyüş koordinasiyasından keçdikdən sonra yeni ələ keçirilən ərazilərə nəzarət və müdafiə tapşırıqlarını yerinə yetirəcəklər.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfərbər olunanlar lazımi heyətlə təmin olunduqdan sonra bu vəzifələri yerinə yetirəcəklər.
“Döyüş koordinasiyası aparıldıqdan sonra səfərbər edilmiş vətəndaşlardan və könüllülərdən ibarət bölmələr işğaldan azad edilmiş ərazilərə nəzarət və müdafiə üzrə tapşırıqların icrasına başlayacaq”, – məlumatda deyilir.
Həmçinin əlavə edilib ki, onlar ehtiyat və gücləndirici birləşmələrin tərkibində fəaliyyət göstərəcəklər.
TASS