Cəmiyyət Manşet

Göyçay səhiyyəsindən daha bir GİLEY – MÜRACİƏT

“Göyçay Rayon Mərkəzi Xəstəxansının publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov 2-ci qrup gözdən əlildir.Eyni zamanda Təhlükəsizlik Xidmətinin müdiri Namiq Quliyevdə 2-ci qrup müddətsiz əlildir.Adları çəkilən hər iki vəzifəli şəxslər sürücülük vəsiqəsi əldə etmək üçün sağalamlıq haqqında arayışla təmin olunublar.

Dövlət tərəfindən Şəhid ailələri və qazilər, veteranlar və ehtiyacı olan savadlı kadrlar üçün nəzərdə tutuln vakansiyaları burada yüksək vəzifəli şəxslər öz aralarında bölüşdürülər”. Bu barədə DİAş.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Rayonda yaranmış işsizlik probleminə baxmayaarq Yaşar Əhmədov xəstəxanada olan vakansiyaları ya satır, yada gözünə yaxşı görünən ona sadiqlik nümayiş etdirən işçiləri arasında bölüşür.Həmin vakant iş yerlərindən biri də kitabxanasçı vəzifəsidir.Belə ki, Yaşar Əhmədov həmin kitabxanaçı vəzifəsini Əməyin Mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən İlqar Babayev və İnsan Resusları Şöbəsinin müdiri Tacir Rəfiyevin qardaşı mühasib Zahid Rəfiyev arasında yarımaklad dədə malı kmi bölüşdürüb.
Məzuniyyətə çıxaraq hazırda istirahətdə olan direktor Yaşar Əhmədovun 22 sentyabr 2022-ci il tarixdə əmək müqaviləsinin müddəti başa çatacaqdır.Bu vəzifədə olmasının 9 ayı tamam olacaqdır.

Xəstələr üçün dövlət tərəfindən ayrılmış dərman peraparatları və tibb ləvazimatları tam həcmdə verilmir. İcbari Tibbi Sığortanın zərfinə daxil olan imtiyazların bir çoxuna görə pul tələb olunur.Bəzi tibbişçiləri yalnız səs-küy salan şəxslərə xüsusi qayğı və məsuliyyətlə yanaşırlar.
Xəstəxana rəhbərliyi məkirli palanlar əsasında işə götürdüyü şəhid atasını özləri üçün sipır olaraq istifadə edirlər.Belə ki, narazı vətəndaşlar vəziyyətə etiraz etmək istədiyi zaman dərhal şəhid atasını önə verirlər.Əlbətdə şəhidlər başımızın tacıdır.Lakin güc və qüvvət məzlumların müdafiəsi üçün istifadə olduqda gözəldir.
Təcili Tibbi Yardımın rəhbəri Əli Əsgərov maddi maraqları müqabilində hər cür qanunsuzluqlara icazə vermişdir.Belə ki, gündüz növbəsində işə gəlməyən həkim və orta tibb işçiləri maddi maraq müqabilində gecə növbəsində işə gəlmələrini təmin edir”.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir