Məlum olduğu kimi, yeni rəhbərliyin ardından SOCAR-da struktur islahatları aparılır. DİA.AZ bildirir ki, bununla bağlı tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı konkret təkliflə çıxış edib. Hüquq müdafiəçisi qeyd edir:
“Hasil ( Azneft İB) və satış (Azəriqaz IB) edən qurumlar bir əldə (SOCAR) cəmləşə bilməz. Düşünürəm ki, qarşılıqlı nəzarət və şəffaflığın təmin edilməsi üçün ölkə daxilində əhaliyə və qeyri-əhali qrupuna təbii qaz satışını həyata keçirən “Azəriqaz” İB SOCAR-ın tərkibindən çıxarılmalı və müstəqil quruma çevrilməlidir”.
DİA.AZ xatırladır ki, “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2009-cu il tarixli 366 nömrəli “Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin maddi texniki bazasında yaradılmışdır.
İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir.
DİA.AZ