Azərbaycan Respublikası Birinci vitse-prezidentin köməkçisi Emin Zamin oğlu Hüseynova ağır itki üz verib.
Zirveyolu.info Publika.az-a istinadan xəbər verir ki, E.Hüseynovun anası Südabə xanım dünyasını dəyişib.
Qeyd edək ki, E.Hüseynov ABŞ-da nüfuzlu universitetlərdə təhsil alıb, Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, Milli Bankda, Azərbaycan Diplomatiya Akademiyasında yüksək vəzifələrdə çalışıb.
Pezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini, daha sonra isə Birinci vitse-prezidentin köməkçisi təyin edilib.
Qeyd edək ki, E.Hüseynovun atası Zamin Hüseynov ölkənin tanınmış kimyaçılarından olub və Sumqayıtdakı bir sıra iri zavodlara rəhbərlik edib.