Şəmkirdə vətəndaşdan subsidiyanın verilməsinə görə rüşvət tələb edilir? – SƏSYAZISI YAYILDI…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Bu Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.Amma Şəmkir rayonunda fermerlərə Subsidiyaların verilməsi ilə bağlı rüşvət tələb olunduğu iddia olunur.
DİA.AZ xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına Şəmkir rayonun Atabəy kənd sakini Şərifov Ziya Fərman oğlu tərəfindən şikayət daxil olub.
Belə ki, Aqrar İslahat komisitasının məlum qərarı ilə şikayətçi bildirir ki, onların ailəsinə Atabəy kəndində 3.5 ha torpaq sahəsi verilib.Hər il dövlət tərəfində şikayətçi qeyd edir ki, onların ailəsinə hər hektara görə 220 manat pul verirdilər.Amma bu il rüşvət müqabilində Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə rəisi Rəşad Əzizovun köməkçisi olan Elvin adlı əməkdaşa 100 manat verəndən sonra onlara 160 manat subsidiya veriblər.
Şəmkir rayonun Atabəy kənd sakini şikayətində onuda qeyd edir ki, sözügedən mərkəzin bığının altından keçməsən subsidiyaların verilməsinə nail ola bilmərsən.
Prezidenti cənab İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzaladı ki, subsidiyalara müraciət və istifadə mexanizmi asanlaşdırılsın.İndi hansı boşluq yaranıb ki, fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzindən asılı vəziyyətdə qalsın?Fermerlərə subsidiyaların verilməsi ilə bağlı xidmətlərin göstərilməsi regionlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilməsi korrupsiya və bürokratik əngəllərə yol açırsa dərhal prokurorluq orqanları hərəkətə keçməlidir.
Belə olmazsa dövlətimizin kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə aqrar-iqtisadi siyasət töhvə vermiyəcəkdir.
Redaksiya olaraq şikayətçinin ittiham etdiyi Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mövqeyini də dərc edə bilərik.
Şikayətçinin səs yazısını təqdim edirik: