Cəmiyyət Manşet

ƏDALƏTİN BUMU, UNEC? – “Bura universitetdi yoxsa təhdid məkanı?”

Keçən günlərdə Sevin Əhmədova adlı şikayətçinin təhsil aldığı ali məktəb barəsində gileyini təqdim etmişdik:

UNEC tələbəsi məsuliyyətsizliyin qurbanına çevrilib… – “Qırmızı diplomdan məhrum olunuram…”

DİA.AZ bildirir ki, sözügedən şikayətçi hələ də probleminin qaldığını, vəziyyətinin isə daha da gərginləşdiyini qeyd edir:

ƏDALƏTİN BUMU, UNEC?

“Keçən gün paylaşmışdım, İqtisad universitetinin magistratura pilləsini bitirmişəm və 58 E balımı 81 B etməklə müəllim izahat yazmışdı. Rektor Ədalət Muradovun 3 gün öncə 08.10.2022-ci il tarixi üçün qəbuluna yazılmışdım və köməkçisi qeydiyyata alaraq öncədən bildirdi ki qəbula gəlmək üçün zəng edib xəbər bildirəcək. Elə həmin gün öncə İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səmayə xanım mənlə əlaqə saxlayaraq məsələnin araşdırıldığını bildirdi. Mənə zəngində elektron müraciətimdə icraçı Fariz müəllimin olduğunu qeyd etmişdi. 26.07.2022-ci il tarixində [email protected] , [email protected] , [email protected] ünvanlarına müraciət etmişəm və heç bir cavab gəlməyib. Daha sonra 16.08.2022-ci il tarixində yenidən qeyd etdiyim elektron ünvanlara təkrar müraciət etmişəm və öncəki kimi heç bir cavab verilməmişdir. Hətta facebook səhifəsində belə müraciətlərim oxunulmuş və cavablandırılmamışdır. 05.10.2022-ci il tarixində dos., i.f.d. Hüseynli Aytən Təyyar qızı mənə zəng edərək, özü də daxil olmaqla, i.e.d., professor Kəlbiyev Yaşar Atakişi oğlunun, Hüseynov Rəşad Aktiv oğlunun və mənim iştirakımla məsələni aydınlaşdırmağa universitetə (4-cü korpus, Semaşka) dəvət etmişdi, saat 19:30 üçün. Deyilən saatda deyilən yerdə oldum və heç kəs yox idi. Saat 8-də Aytən xanım və Yaşar müəllimin iştirakı ilə məsələni “aydınlaşdırmağa” çalışdıq. Elmi rəhbərim olan Hüseynov Rəşad müəllim isə gəlməmişdi. Bu məsələdə Yaşar müəllim mənə bildirdi ki, hər şeyi öz üzərimə götürürəm. Hara gedirsən get şikayət elə. Məni, məsələni aydınlaşdırmağa yox, təhdidə çağırmışdılar belə düşdüm. Bu gun səhər tezdənnən İqtisad universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Elnarə Məmmədova mənlə əlaqə saxlayaraq mənim müraciətimin cavablandırıldığını bildirmişdi. Elektron müraciət etmişəm lakin HEÇ BİR CAVAB gəlməyib ama universitet Elektron müraciətin icrasına “cavab verildi” qeyd edib. Hanı o cavab? Mən RƏSMİ olaraq heç bir cavab almamışam. Və müraciətimin vaxtından 2 ay 10 gündən artıq vaxt keçir. Saat 16:00 olardı Elnarə xanım yenidən mənlə əlaqə saxlayaraq REKTORUN QƏBULUNDAN ADIMIN SİLİNDİYİNİ QEYD ETDİ. Halbuki Rektorun köməkçisi Amil bəy mənim 6-cı gün qəbulda olacağımı bildirmişdi. ADIM NİYƏ SİLİNİB AXI? Amil bəy isə öz növbəsində məni növbəti ayın görüşünə adımı yazılmağını təklif etdi. NİYƏ AXI BU QƏDƏR UZADILIR? KİMLƏRDİ ƏNGƏL OLAN?? Saat 17:00 radələrində isə i.e.n., dos. İsayev Söhrab Zülfüqar oğlu mənə zəng edərək, Rəşad müəllim və i.f.d. Hümbətova Suqra İnqilab qızı ilə əlaqə saxladığını bildirərək onların izahatdan xəbərləri olmadığını bildirmişdir. Bu gün 19:30 radələrində universitetə gedərək Suqra xanımında iştirakı ilə Söhrab müəllimin yanında oldum. Və gözümün içinə baxa-baxa Suqra xanım izahatın olmadığını bildirdi və heçnə görməmişəm dedi. Budur düzgünlük? İzahatı yazdıran şəxs izahatın olmadığını deyir. Suqra xanım öz növbəsində adını bir daha paylaşarsam məni məhkəməyə verəcək deyə bildirdi. Universitetdi yoxsa təhdid məkanı?”

ƏDALƏTİN BUMU, UNEC?

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir