İdman

AFFA bir neçə klubu cərimələdi – SƏBƏB

2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın I turunun “Keşlə” – “Qarabağ” matçının 74-cü dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Trend bildirir ki, İntizam Komitəsinin qərarlarına əsasən, “Qarabağ” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunur.

“Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 11 №-li futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur.

Oyun “Sumqayıt” klubunun ucbatından 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunur.

“Neftçi” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir