İdman

Məmmədyarov Karlseni məğlub etdi

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində mübarizəyə start verib.

Məmmədyarov ilk görüşündə yarışın təşkilatçısı Maqnus Karlsenlə qarşılaşıb.

Ağ fiqurlarla oynayan “Şah” 45-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

Bu gün ümumilikdə 4 oyun keçirəcək Məmmədyarovun növbəti rəqibləri polşalı Yan Kşiştof-Duda, niderlandlı Aniş Qiri və kanadalı Erik Hansen olacaq.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir