Siyasət

Şamil Heydərov: Barəmdə “yalan maşını”nı işə salanlar ən sərt cəzalarını alacaqlar

 

Son vaxtlar mediada tanınmış iş adamı Şamil Heydərov barəsində əsassız və “qaralama konpaniyasına” xidmət edən xəbərlər dərc olunmaqdadır. Yalnızca Şamil Heydərovun qanuni və nümunəvi fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan bu xəbərlər kimlərinsə sifarişi əsasında yayılmaqdadır. Ölkə mətbuatında dərc olunan yazılarla bağlı iş adamı Şamil Heydərovun mövqeyini öyrənməyə çalışdıq. O, açıqlamasında qeyd etdi ki, ilk olaraq “axtualxeber.az” internet portalında daha sonra isə “azfakt.az” saytında mənim guya ölkədə monopoliya yaratmağım və PA-nın eks aparat rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməyim və bahalı hədiyyə verməyim ilə bağlı əsassız iddialar dərc olunmaqdadır. Xüsusilə qeyd edim ki, şərəf və ləyaqətə ləkə vuran xəbər tipli yazını dərc edən internet portalı və baş redaktor məhkəməyə verilib. Bundan başqa bildirim ki, həmin xəbərləri dərc edən sayt baş redaktorları ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərilib.
Şamil Heydərov qeyd edir ki, barəsində saxta və guya etibarlı mənbələrdən əldə etdiyi məlumatları öz saytlarında dərc etməyə başlayan baş redaktorlardan biri Surxay Əliyevdir. Aktualxeber.az saytında heç bir jurnalist araşdırması aparılmadan mənim guya Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib karantin qaydalarını pozmağım haqqında silsilə yazılar dərc olunur. Xüsusilə qeyd edim ki, heç bir əsas olmadan yayılan həmin xəbərlə bağlı da aidiyyəti üzrə Zəngilan rayon Məhkəməsinə müraciət etmişdim. Yenə cinayət xarakterli və reketçi fəaliyyətinə ara verməyən baş redaktorlar çirkin sifarişlər əsasında yenə bu formada xəbər dərc etməkdədirlər. Həmin xəbər belə adlandırıla bilməyəcək yazıda mənim guya Gömrük Qanunvericiliyinə zidd formada işlər gördüyümü, bu işlərdə Ramiz Mehdiyevlə şərik olmağım qeyd olunur. Göründüyü kimi yenə əsassız iddialar və uydurma məlumatlar dərc olunmuşdur. Məlumdur ki, yalnızca sifariş əsasında fəaliyyət göstərən sözügedən “media” işçiləri mənim xeyriyyəçilik işlərindən və dövlətçiliyimizə hər zaman verdiyim dəstəkdən söz açmaq niyyətində olmamışlar.
Ən əsas məsələ isə barəmdə “qara piar” işlərini aparan Surxay Əliyevin əvvəlki əməlləri ilə bağlıdır. Əvvəlki dövrdə də sahibkarların və nüfuzlu şəxslərin barəsində şantaj niyyəti ilə saxta xəbərlər dərc etdirən bu şəxslər hüquq-mühafizə orqanlarımızın səyi nəticəsində saxlanılaraq həbs edilmişdilər. Lakin görünür “baş redaktorlar” köhnə əməlindən əl çəkmək niyyətində deyil. Əks halda günümüzdə mənə qarşı bu formada saxta ittiham və yalan məlumatlarla “qaralama konpaniya”sı həyata keçirməzdilər. Görünür azadlıqda olmaq bu şəxsləri yenidən cinayət əməli törətməyə həvəsləndirmişdir. Bir neçə baş redaktoru başlarına yığaraq sanki bir komanda kimi hər istədikləri nüfuzlu şəxsi və sahibkarı qaralamaqdadırlar. Qanunun həmin şəxslərə həddindən artıq humanist və qeyri-adekvat yanaşması onların hazırki hüquqa zidd fəaliyyətlərinə şərait yaratmışdır.
Ən sonda onu da bildirim ki, barəmdə hansı media vasitələrində dərc olunmasından asılı olmayaraq əsassız və qaralayıcı məlumatlar yayılsa hər zaman olduğu kimi yenə də hüququ müstəvidə bu fakt araşdırılacaqdır. Ölkə başçımız cənab İlham Əliyevin iş adamlarına və sahibkarlığın inkişafına ayırdığı diqqət və qayğının yüksək səviyyədə olduğu bu dövrdə sahibkarlar barəsində əsassız məlumatların yayılmasına qətiyyən yol vermək olmaz.
Dövlət və xalq üçün qanı-canı ilə çalışan adamlara ömür boyu çamur atılıb və atılmaqdadır. Biz öz haqq işimizdəyik. Dövlətə, dövlətçiliyə və xalqa xidmət etməkdən yorulmuruq. Vətənimizin çiçəklənməsində, iqtisadiyyatımızın güclənməsində, dövlətimizin möhkəmlənməsində əlimizdən nə gəlir daim addım atırıq və atmaqda davam edəcəyik. Çünki biz iş adamları hər daim dövlət başçımızın diqqətini və qayğısını hiss edirik. İş adamı kimi ölkəmizin birinci xanımı Mehriban Əliyevanın sahibkarlara göstərdiyi əvəzolunmaz qayğıdan həmçinin diqqətdən faydalanaraq, var gücümüzlə çalışaraq vətənimizə əməli işlərimizlə tövhələr verməyə çalışırıq. Yaşasın Azərbaycan xalqı, var olsun ölkə başçımız cənab İlham Əliyev. Xüsusilə qeyd edək ki, dövlətimizin iqtisadi gücünün artmasında əlindən gələn köməkliyi əsirgəməyən Şamil Heydərov və oğlu Kamal Heydərov ölkə rəhbərinin bütün çağırışlarına qoşularaq, Pandemiya, 44 günlük Vətən Müharibəsi, Silahlı Qüvvələr Günü, Azərbaycan Ordusuna Yardım Fondu və Yaşat Fonduna ümumilikdə 500 minə yaxın ianə etmişlər. Atılan bu addımlar ölkə başçısına və onun ailəsinə sadiqliq nümayişidir. Çünki Şamil Heydərov hər çıxışında qeyd edir ki, hər bir iş adamı bütün valyutasını ölkəmizə yatırmalı və dövlət başçımızın yanında olaraq, iqtisadiyyatımızın genişlənməsinə əlindən gələni əsirgəməməlidir.

“Çin Karqo” şirkətinin mətbuat xidməti

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir