Rusiya və Avropa Şurası açıq fikirli olmalı və ortaya çıxan problemləri birlikdə həll etməlidir.
TASS xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin finlandiyalı həmkarı Sauli Niiniste ilə keçirdiyi mətbuat konfransında belə bəyanatla çıxış edib.
O, Rusiyanın Avropa Şurasındakı fəaliyyətinin perspektivindən danışıb:
“Rusiyanı orada görmək istəmirlərsə, o zaman biz də ora tələsmirik. Amma bu zaman maraq göstərdiyiniz insanlar Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət edə bilməyəcəklər”.
Xatırladaq ki, Rusiya Federasiyasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti Krımın ilhaqına görə monitorinq missiyalarında iştirak və idarəetmə orqanlarının tərkibində olmaq hüququndan məhrum edilmişdi.
Bu il iyulun 26-da isə AŞ PA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini tam həcmdə təsdiqləyən qətnamə qəbul edib.
Sənəddə AŞ PA Moskvanı 2014 və 2015-ci illərin qətnamələrinə daxil edilmiş bütün tövsiyələr əməl etməyə çağırıb.
Qətnamələrdə deyilir ki, Rusiya nümayəndə heyəti qeyd-şərtsiz Assambleyanın Monitorinq və digər komitələri ilə əməkdaşlığa başlamalı və öz öhdəliklərinin yerinə yetirilməsi üçün konstruktiv dialoq aparmalıdır.