Böyük Britaniyanın “Channel 4” telekanalı Rusiya Prezidenti Vladimir Putin haqqında sənədli film çəkməyə hazırlaşır.
Rusiya, ABŞ, Avropa və Britaniyada çəkiləcək, üç bölümdən ibarət sənədli filmdə Rusiya liderinin cavanlığı, kəşfiyyatçı bacarıqları, eləcə də siyasi karyerasından danışılacaq.
Prodüser Ceyms Roqanın sözlərinə görə, hazırda dünyada baş verənləri başa düşmək üçün Vladimir Putini anlamaq lazımdır.
Telekanalın əməkdaşı Fatimə Salariya əlavə edib ki, yeni film hamını maraqlandıran fiqura yeni baxış bucağı açacaq.
Filmin dəqiq yayım tarixi hələlik açıqlanmayıb.