Siyasət

Novruz Məmmədov bu qərara — DƏYİŞİKLİK ETDİ

Nazirlər Kabinetinin “Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında” 2008-ci il 18 sentyabr tarixli Qərarında dəyişikliklər edilib.
Sonxeber.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədovun təsdiq etdiyi dəyişikliklərə əsasən, Qərarın 1.1-ci bəndi aşağıdakı redaksiyada verilir:

“1.1. “Azərbaycan Respublikasında qüvvədə olan tikinti normativ sənədlərinin Siyahısı”nın I bölməsinin 1-ci hissəsinin (şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi (tənzimlənməsi)) şəhərsalma və memarlıq fəaliyyətinə aid norma və qaydaları istisna olmaqla, 3-cü (tikinti işlərinin təşkili, aparılması və qəbulu), 4-cü (smeta normaları) və 5-ci (tikintidə maddi və əmək vəsaitlərinin xərclənmə normaları) hissələri üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən, 1-ci hissəsinin (şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi (tənzimlənməsi)) şəhərsalma və memarlıq fəaliyyətinə aid olan və 2-ci hissəsi (layihələndirmə normaları) üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq və ya ləğv edilir.”.
Bundan başqa, sənədin 2-ci hissəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:

“Milli şəhərsalma və tikinti normativ sənədlərinin hazırlanması zamanı “İnşaatda tikinti norma və qaydalarının, dövlət standartlarının tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1992-ci il 15 aprel tarixli Qərarına əsasən qüvvədə saxlanılmış tikinti normativ sənədlərinə (həmin sənədlərin yeni milli normativ sənədlərlə əvəz edilənədək), həmçinin MDB iştirakçısı olan ölkələrin tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurası və Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində qəbul edilərək respublika ərazisində qüvvəyə minmiş və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmamış dövlətlərarası normativ sənədlərinə (autentik tərcümə olunana qədər) tərcümə edilmədən istinad edilməsinə yol verilir. Bu sənədlər Fövqəladə Hallar Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifələrində yerləşdirilir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir