Lerikin Laman kənd məktəbinin coğrafiya müəllimi şagirdlərin istifadə etdiyi yolun bərbad vəziyyətdə olmasından şikayətçidir.
Zirveyolu.info yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdə danışan müəllim şagirdlərin gündəlik istifadə etdiyi yolun palçıq içində olduğunu bildirib:
“Bu palçığın içində hansı şəxsiyyət yeriyər?! 4 il bakalavr, 2 il magistr, 3 il də doktorantura təhsili almışam. Soruşuram, bu palçıqlı yolda təhsilimizin hansı işığından, gələcəyindən danışa bilərik?”.
Həmin kadrları təqdim edirik: