Cəmiyyət Manşet

Zərdabın icra başçısının ABSURD FƏALİYYƏT TƏFƏKKÜRÜ – Bunlar nə yeyirlər… nə içirlər…

Zərdabda qəsəbədaxili yola analoqu olmayan asfalt örtüyü çəkilir.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, vətəndaşlar iddia edirlər ki, Zərdab Rayon İcra Hakimiyyəti kimlərinsə xahişi ilə bəzi sakinlərin qapısının ağzına asfalt çəkdirir. Digər sakinlərin isə evlərinin qarşısına asfalt çəkilməsinə ehtiyac duyulmur.

Zərdabın icra başçısının ABSURD FƏALİYYƏT TƏFƏKKÜRÜ

Sakinləri bir-birindən fərqləndirən “meyarlar” isə hələlik bəlli deyil. Sakinlərin sözlərinə görə, məsələni araşdırmaq üçün Zərdab Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç kim onları qəbul etməyib və şikayətlərinə baxmayıb.

Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, rəsmi səhifələrində qeyd edilən nömrələrə cavab verən olmadı.

Qeyd edək ki, Zərdabda anormal asfaltlanma prosesi aparılan qəsəbədaxili yolda yaşayan sakinlər arasında qazi və şəhid ailələri də var. //OXU.AZ//

DAHA ƏTRAFLI VİDEODA: http://baku.tv/embed/63658

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir