Cəmiyyət Manşet

“Bahar energy”də MAAŞ DOLANBACI… – ETİRAZ

“Bahar” Əməliyyat Şirkətində hələ də işçilərinin sentyabr ayının əmək haqqını ödənməyib”. DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza təkrar müraciət edən neftçilər bildirib.

Onu da eyd edək ki, artıq iki aya yaxındır anoloji problem davam etsə də, “Bahar Energy”dən kimsə məsələyə aydınlıq gətirmək istəmir. Son olaraq isə 25 oktyabrda maaşların veriləcəyi bildirilmişdi. Aydın olanı odur ki, işçilər yenə də aldadılıb.

DİA.AZ-a yazan fəhlələr bildirir: “Bu artıq bir neçə ildir ki, davam edir… Burada işçilərə sahib duran da yoxdur. Bəs hasil olan neft necə oldu?”

“Əməliyyat Şirkətinin hasil etdiyi neftdən gəlir əldə etmirlər ki? Hanı o pullar…” deyəm neftçilər sual edirlər.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir