Kriminal

Ata uşağının gözü qarşısında ananın boğazını kəsdi – VİDEO

Türkiyədə dəhşətli cinayət baş verib.

Anews.az “haberler”ə istinadən xəbər verir ki, hadisə Kırıkkale bölgəsində baş verib.

Belə ki, 43 yaşlı Fedai Baran keçmiş arvadını 10 yaşlı qızının gözləri qarşısında bıçaqlayıb.

Keçmiş əri tərəfindən boğazından bıçaqlanan 38 yaşlı Emine Bulutun xırıltı ilə yalvarışları ətrafda olan insanlar tərəfindən çəkilib.

Videodan da, göründüyü kimi bıçaqlanan qadının uşağı hıçqırıq içində ağlayır və “ana ölmə” deyərək fəryad edir.

Videoda daha bir dəhşətli məqam diqqət çəkir. Qadın azyaşlı qızının gözü qarşısında can verərkən “ölmək istəmirəm”, deyərək xırıldayır.

Ətrafda olan insanlar isə baş verənləri izləyərkən göz yaşlarına hakim ola bilməyiblər.

Həkimlərin səyinə baxmayaraq boğazı kəsilən qadının həyatını xilas etmək olmayıb. Keçmiş arvadını qızının gözü qarşısında vəhşicəsinə öldürən kişi polis tərəfindən saxlanılıb.

Bu hadisə Türkiyədə böyük rezonans yaradıb. Sosial şəbəkələrdə etirazlar başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir