Daxili İşlər Nazirliyi dünən Sabunçu rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Zirveyolu.info nazirliyə istinadən xəbər verir ki, avqustun 22-də saat 10 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Hüseynovun idarə etdiyi “Cherry” və Mərdan Paşayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Xəstəxanaya yerləşdirilmiş M.Paşayev orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.