Cəmiyyət Manşet

Obyektini nazirliyə 25 minə kirayə verən rəisin müəmmalı tender əməliyyatı – TƏFƏRRÜAT

Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Geonda FM” MMC (VÖEN- 1703352851) olub.

Gundem.media-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Geonda FM” MMC Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə 125 min 401 manat 50 qəpik dəyərində mal-material satacaq.

Məlumat üçün bildirək ki, qalib şirkət cəmi 4 ay əvvəl – 21.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Abbasqulu Abbaszadə, ev 1/B-də yerləşən, nizamnamə kapitalı 10 manat olan bu şirkət qısa müddətdə daha 3 tenderin qalibi olub.
Diqqət çəkən məqamlardan biri də odur ki, “Geonda FM” MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğlu eyni zamanda “Rn Corp 22” və “Orlondo Az” MMC-lərin qanuni təmsilçisidir.
Adları qeyd olunan hər iki şirkət də “Geonda FM” MMC ilə eyni tarixdə 20-21 iyun 2022-ci ildə dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-da yerləşir.
Bu şirkətlər də qeydiyyata alındıqdan qısa müddət sonra çoxsaylı tender müsabiqələrinin qalibi olub.
Məsələn, “Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat dəyərində tender müsabiqəsinin qalibi olub.
Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi və bu ilin iyun ayında dövlət qeydiyyatına alınan 3 şirkət bugünə kimi aşağıdakı tenderlərdə qalib olublar:

Məlumdur ki, cəmi 2-3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
“Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində də malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Onu da xatırladaq ki, Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi şirkətlərlə bağlı bir sıra başqa şübhəli məqamlar da var. “Geonda FM” MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanda – Abbasqulu Abbaszadə, ev 1/B-də bugünə kimi çoxsaylı şirkətlər qeydiyyata alınıb.

Başqa bir şübhəli məqam isə odur ki, Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi “Orlondo Az” MMC ilə bənzər adlarda şirkətlər təsis olunub və bu şirkətlər də əsasən tenderlərdə qalib olurlar.

Yazının sonunda onu da qeyd edək ki, “Geonda FM” MMC-ni tenderin qalibi seçən Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə Sarıməmmədov Röyal Tofiq oğlu rəhbərlik edir. Bu yaxınlarda Röyal Sarıməmmədovun özü də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub. Tender müsabiqəsinin şərtlərinə görə Dövlət Sosial Təminat Xidməti Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə qeyri-yaşayış obyektini fiziki şəxs Sarıməmmədov Röyal Tofiq oğlundan (VÖEN – 8700148382) icarəyə götürəcək.
İcarəyə götürüləcək 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödəniləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir