Cəmiyyət Manşet

Şabran RİH-in bundan XƏBƏRİ VARMI? – VİDEOFAKT

Şabran şəhər sakinləri yol sarıdan əziyyət çəkirlər. Şəhərin Babək, Təbriz, Füzuli, Mirzə İbrahimov, Cabir Novruz küçələri uzun illərdir təmir edilmədiyindən sıradan çıxıb. Sakinlərin dediyinə görə, əslində əvvəllər bu küçələrin asfalt örtüyü olub. Ancaq zaman keçdikcə dağılıb, sonralar baxan olmayıb deyə bu vəziyyətə düşüb. Bu küçələrdə payız, qış aylarında vəziyyət daha dözülməz olur. Kələ-kötür yollar hərəkət məhdudiyyəti yaradır. Yağıntılı günlərdə gölməçələrə dolan yağış suları yolları sözün əsl mənasında keçilməz edir.

Bütün ara yollar bərbaddır

Şabran sakinləri Belediyye.netə təkçə mərkəzi yolların yox, bütün ara yolların bərbad olduğunu bildirib.

Yeni vurulmuş asfalt dağılır

Sakinlər deyirlər ki, bəzi yerlərə asfalt örtük vurulsa da, yağış yağan kimi yeni vurulmuş asfalt dağılır.

Məktəblilər təhsil ocağına təmiz paltarda çata bilmir

Yağış, qar yağan kimi, bərbad, sıradan çıxmış yollarla məktəbə getmək məcburiyyətində qalan məktəblilərin işi daha da çətinləşir. Şəhər sakini Bəhlul Mövsümov deyir ki, uşaqların üstü palçığa batmasın deyə maşınla aparıb, gətiririk. Bu da bizə baha başa gəlir.

Avtomobilləri sıradan çıxır

Şabran sakinləri təmirsiz yolların onların avtomobillərini də, sıradan çıxardığını deyirlər. Sakinlər qazanclarının böyük hissəsini avtomobillərinin təmirinə xərclədiklərini bildirirlər.

Şabran sakini Rəşid Muradovun sözlərinə görə, palçığın əlindən yol tapıb işlərinin ardınca gedə bilmirlər. Sakin əsas problemlərinin yol olduğunu deyir.

Şəxsi avtomobilini bu yollarda idarə etmək məcburiyyətində qalan sakin Fəxrəddin Hacıyev deyir: Yollar bataqlıqdır. Qış gəldi, ancaq şaravoy, kristavina dəyişirik.

Rəsmi qurum narahatlığa əsas olmadığını deyir

Şabran şəhər İcra Hakimiyyətinin nümayəndəsi Orxan Kərimov Belediyye.netin mövzu ilə bağlı suallarını cavablayıb. Qurum rəsmisi deyib ki, Şabran şəhəri 191 küçə, bir məhəllə, bir kənddən ibarətdir. Küçələrin ümumi uzunluğu 232 km-dir. Hal-hazırda şəhərdə dövlət layihəsi əsasında asfaltlama işləri həyata keçirilir. Şəhidlərin adını daşıyan küçələr abadlaşdırılıb, yollar asfaltla təmin olunur. Şabran şəhərindəki sözügedən məhəllə və küçələrin təmiri 2023-cü ilin sonunadək yekunlaşacaq.

Mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edirik:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir