“NBC bank”da pulları batan vətəndaşlar necə aldadılır – 47 vətəndaş Dövlət Başçısına müraciət etdi
Artıq 2 ilə yaxın bir zaman keçməsinə baxmayaraq 50 nəfərə yaxın iş adamının müraciətini eşidən yoxdur. Bağlanmış NBC bankda hesabları, əmanətləri olan iş adamları, sıravi vətəndaşlar pullarını geri ala bilmirlər. Müvafiq olaraq qanunvericiliyin tələblərinə əsasən bağlanan bankda hesabı, əmanəti olanların pullarının geri qaytarılması prinsipləri kobudcasına pozulur.
Nurgün Holdinqin tərkibinə daxil olan subyektlərin arasında yer almış NBC Bankın əmlaklarının satışa çıxarılaraq vətəndaşlara olan borclar geri qaytarılmalıdır. Məhz bu prossesi də ləğvedici komissiya həyata keçirməlidir. Lakin bank əmanətçilərin böyük bir qisminə olan borclar geri qaytarılsa da, bir qrup vətəndaş pullarını geri ala bilmirlər. Bankım əmlakları isə satışa çıxarılan zaman oullarını geri tələb edən vətəndaşlara heç bir məlumat verilmir.
GUNDEMİNFO.AZ-a danışan zərəçəkmişlər deyir ki, 2 ilə yaxın bir zaman keçməsinə baxmayaraq bu günə qədər hərraca təqdim edilmiş, satışa çıxarılmış əmlaklar barədə onlara heç bir məlumat verilməyib. Məlumata görə əmlaklar adətən gizli keçirilir və elə bankın keçmiş sahiblərinə geri qaytarılır.
Hansı ki, qanunvericiliyin tələblərinə əsasən bu işlər açıq şəkildə həyata keçirilməlidir. Və ilk növbədə bağlanmış bankın əmlakları borc tələb edənlərə təklif edilməlidir. Və yaxud da qanunların tələblərinə əsasən bankın əmlakları qiymətləndirilməli, əmlaka sahiblənən şəxslərə dəyər olaraq vəsait ödənməlidir.
İndi həmin iş adamları hesablarında olan vəsaitləri geri almağa çalışan bir qrup narazı vətəndaş mətbuat vsaitsəilə vasitəsilə Dövlət Başçısında müraciət ediblər.
Hətta 30 nəfərdən çox hesab sahibi LPO “NBC Bank” ASC-nin Kreditorlar Komitəsi də yaradıblar. Bundan sonra müvafiq qanunvericiliyə əsasən ləğv edilən bankın əmlaklarının hərrac vasitəsilə satışı zamanı onların da iştirak etmələrini xahiş edirlər.
Redaksiyamıza müraciət edən Komitə üzvləri bildirir ki, “Banklar haqqında” qanunun tələblərində ləğv edilən bankda vəsaiti olan şəxslər ən sonda vəsait əldə edirlər. Yəni ilk öncə vəsaitlər əmanətçilərə, daha sonra isə digər kateqoriyadan olan şəxslərə ödənilməlidir. Ən sonda isə bank üzrə kreditorlar, bankda hesablarında vəsaitləri dondurulan fiziki və hüquqi şəxslərə vəsait ödənir.
Şikayətçilər dövlət başçısına ünvanladıqları müraciətlərində qeyd edirlər ki, bu günə qədər onlara hər hansı bir formada bankın faktiki əmlakları üzrə hərraclar haqqında məlumat verilməyib. Və ya iddia edirlər ki, hərraclar keçirilsə də onlara məlumat verilmir.
GUNDEMİNFO.AZ-a ünvanladıqları ərizələrində Prezidentə müraciət edən kreditorlar deyir ki, bank artıq iki ildir ləğv prosesindədir, lakin təminatsız kreditorlara hələ də növbə çatmadığına görə, ödənişlərin edilməsi baş tutmur:
“Əmanətlərin Sığortalanması Fondunun məlumatına əsasən, bu növbənin nə zaman çatacağını proqnozlaşdırmaq da mümkün deyil. Nəticədə həm proses illərlə qeyri-müəyyən şəkildə uzanır, həm də ləğv prosesinin yekunlarına doğru bizim kimi sonuncu növbəyə düşən kreditorların öz vəsaitlərini tam şəkildə ala bilmək ehtimalı həddən artıq azalır və mümkünsüzləşir”.
Apardığımız araşdırmalara əsasən, 2021-ci ilin sonunda “NBC Bank”ın Kreditorlar Komitəsinin ilk iclası keçirilərkən məlum olub ki, kreditorların sayı sahibkarlar və hüquqi şəxslər də daxil olmaqla cəmi 50 nəfərdir.
Onlara ödənilməli olan ümumi məbləğ isə təqribən bir milyon manat civarındadır.
Bankın ləğvedicisi təyin edilmiş fondun komitəyə təqdim etdiyi məlumatlara əsasən, bankın ümumi aktivlərinin, o cümlədən ödənilmiş reqres tələblərinin həcmi borclarına münasibətdə müsbətdir (Fondun 30.03.2022-ci il tarixli 2200200600362 nömrəli məktubu).
Belə ki, bankın 2021-ci ilin 3-cü rübündə 1 milyon 950 min manat, 15 min ABŞ dolları və 10 min avro məbləğində reqres tələbi bank tərəfindən fonda ödənilib. Fondun isə banka olan reqres tələbi artmayıb.
Göründüyü kimi, təkcə bir rübün ödənilmiş reqres tələbləri ilə qeyd edilən 50 kreditorun vəsaitinin tam şəkildə ödənilməsi tamamilə mümkündür.
Amma nədənsə baza üzrə yetərli vəsaitlər olsa da kreditorlara ödənilməli olan vəsaitlər yubadılır.
GUNDEMİNFO.AZ olaraq qeyd edək ki, bunun üçün ümumi aktivlərin digər hissələrinə toxunmağa belə zərurət yoxdur. “Banklar haqqında” Qanunun 87.2-ci maddəsinə əsasən, tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş kreditorlara ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Həmçinin, həmin qanunun 80-ci maddəsinə əsasən, məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi tələblərin nizama salınması məqsədilə bankın istənilən kreditoru və ya borclusu ilə danışıqlara başlaya bilər. Bu cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.
Yəni sadə dildə ifadə etsək 50 nəfər kreditorun, vətəndaş və eyni zamanda bir çoxunun ödənişlərini mövcud aktivlər hesabına ödəmək mümkündür.
Praktikada belə hallar olub. Elə Mərkəzi Bankın açıqladığı rəsmi informasiya bankında da belə məlumatlar yer alır.
Məsələn, qeyd etdiyimiz məqama oxşar hal 2019-cu ildə baş verib. Belə ki, QSC “Bank Standard” KB ilə bağlı Fond “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 80, 82-ci maddələrini əsas tutaraq Bakı Apellyasiya Məhkəməsinə müraciəti edib. Nəticədə iddia tələbinə 10 sentyabr 2019-cu ildə baxılaraq müvafiq müsbət qərar qəbul olunub və qərara əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 17 min 000 manatadək əmanəti olan fiziki şəxslər üzrə ümumilikdə 6 milyon 650 min manat vəsait geri ödənilib.
Redaksiyamıza müraciət edən zərərçəkmişlər qeyd edir ki, bütün bu məqamları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət olunsa da, müsbət nəticə əldə edilməyib.
“Banklar haqqında” Qanunun məhz 82-ci maddəsinə uyğun həyata keçiriləcəyi ilə bağlı hər dəfə olduğu kimi şablon cavablar təkrarlanıb. “Bununla bağlı 2022-ci ilin birinci yarısı ərzində fondla müzakirələr aparılmasına baxmayaraq, bu günədək müsbət nəticə əldə olunmayıb”, – deyə “Hürriyyət”ə müraciət edən iş adamları əlavə edib.
Ləğv prossesində olan təminatsız vəsait sahibi olan iş adamlarının iddiaları ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.