Dünya Manşet

Mask “Twitter”də ulduzlara ismarışlardan da pul qazanmağa hazırlaşır

 

“Twitter” sosial şəbəkəsinin yeni sahibi, milyarder İlon Mask “Twitter”də məşhurlara mesajları pullu eləmək istəyir.

Bu barədə şirkətdəki mənbələrdən xəbər verilib.

Bildirilir ki, istifadəçilər ulduzlara şəxsi mesajları ödəniş müqabilində göndərə biləcəklər.

Hələlik ödənişin və sosial şəbəkənin bu əməliyyatlardan komissiya haqqının nə qədər olacağı məlum deyil.

Qeyd edək ki, İlon Mask “Twitter” monetizasiyası üçün müxtəlif layihələr hazırlayıb. Belə ki, verifikasiya prosesinə yenidən baxılıb, mavi işarələr üçün aylıq rüsumu 4,99 dollardan 19,99 dollara artırıb. Bir çox istifadəçilərin narazılığından, o cümlədən məşhur yazıçı Stiven Kinqin etirazından sonra isə Mask təsdiqlənmiş səhifələr üçün aylıq ödənişi 8 dollara düşürməyi təklif edib. Bundan başqa, istifadəçilər artıq “Twitter”də yerləşdirdikləri videoya baxmağa görə ödəniş istəyə biləcəklər.

Mənbə: The New York Times

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir