Cəmiyyət Manşet

Belə bir xəstənin də pensiyasını kəsdilər… – GİLEY

Şəki sakini Dərya Davudzadə 2010-cu ildən üçüncü qrup əlillik pensiyası alır.

O, ağır epilepsiya xəstəliyindən əziyyət çəkir. Uşaq yaşlarından müxtəlif xəstəxanalarda müalicə alsa da, nəticəsi olmayıb.

Belə bir xəstənin də pensiyasını kəsdilər...

“1999-cu ildən qıcolma tutmaları olurdu. Dəfələrlə ambulator müalicə olunub. 2009-cu ildə tutmalar tezləşdiyi üçün fevral və may aylarında Uşaq Nevroloji Xəstəxanasında ambulator müalicə götürüb”.

“Gözətçi” xəbər verir ki, bunları Dərya Davudzadənin atası Natiq Davudov bildirib. Onun sözlərinə görə, oğlunun başında 4 şiş var və əməliyyatı risklidir.

“2021-ci ilin mart ayında əlillik pensiyası dayandırıldı. Pensiyasının təkrar təyin edilməsi üçün müraciət etdik, bildirdilər ki, ambulator müalicə olmalıdır. Oğlumun işləmək qabiliyyəti yoxdur, tez –tez qıcolmalar baş verdiyi üçün bir işdə bir aydan artıq qala bilmir. Belə bir xəstənin tək, kömək olmadan xəstəxanada qalıb, müalicə alması mümkünsüzdür. Bunu bildirsəm də, yenə də “ambulator müalicə lazımdır” dedilər. Hətta Respublika Klinik Xəstəxanasında növbə gözləyərkən qıcolma tutdu. Həkimlər gözləri ilə görsələr də, xəstəliyinin ağır olduğunu qeyd etmədilər”.

Belə bir xəstənin də pensiyasını kəsdilər...

Natiq Davudov bildirir ki, oğlu Dərya Davudzadə hər il mütamadi olaraq Medera Hopitalın Epileptoloq Nevroloqu doktor Ehtiram Alişanovdan müalicə götürür.

“Gözətçi” olaraq məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir